Erməni əsgərləri Azərbaycan ordusunun nəzarətində və hədəfində
Lider TV-nin əməkdaşları cəbhənin Göranboy istiqamətində maraqlı kadrlar çəkiblər.
Virtualaz.org xəbər verir ki, Azərbaycan ordusunun geri aldığı strateji yüksəkliklərdə çəkilmiş videokadrlarda erməni hərbçilərin özlərinə yeni səngər hazırladığı aydın görünür.
Son döyüşlərin gedişatında erməni ordusu bu strateji yüksəklikləri itirdiyindən yeni mövqe axtarışındadır. Kadrlardan o da görünür ki, ermənilər səngər tikmək üçün mülki əhalidən də istifadə edirlər.
Azərbaycan ordusunun yeni mövqeləri bu istiqamətdə düşmənin bütün hərəkətlərinə nəzarət etməyə imkan verir. Bu yüksəkliklərin alınması ilə, həmçinin cəbhəyə yaxın Azərbaycan kəndlərinin atəşinə də son qoyulub.