DCİY İB-nin başlatdığı aksiyanın əhatə dairəsi böyüyür
«Demokratik Cəmiyyətin İnkişafına Yardım» İctimai Birliyinin ushaq və yeniyetmələr arasında «Dağlıq Qarabağ Azərbaycan ərazisidir», «Biz evimizə, Qarabağa getmək istəyirik» sloqanları altında həyata keçirdiyi aksiyaya Nicat Müslümovun rəhbərliyi ilə “Gənc Liderlər Heydər Əliyev Yolunda” Facebook dəstək kampaniyası da qoşulmuşdur.
Məlumat üçün bildirmək istərdik ki, «Demokratik Cəmiyyətin İnkişafına Yardım» İctimai Birliyinin ideya müəllifi olduğu bu aksiyanın əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin 20 ildən çoxdur davam etməsinə baxmyaraq, Azərbaycanda böyüyən gənc nəsil bu torpaqların Vətənimizin bir hissəsi olduğunu unutmayıb və onlar hər an Vətənləri üçün lazımi mübarizəni aparmağa hazırdırlar.
Sıralarımıza qoşulmaq üçün +99412 5662848 şəhər nömrəsi (Fidan Yusifli), [email protected] mail ünvanı ilə əlaqə saxlaya bilərsiniz.