AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşdü
AŞPA sədri Pedro Aqramunt bu gün Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşüb.
Virtualaz.org bildirir ki, bu barədə AŞPA sədri özünün Twitter-dəki mikrobloqunda yazıb.
“Azərbaycan və Ermənistan nümayəndələrinin rəhbərləri ilə görüşdüm. Heç bir münaqişə dialoq olmadan nizamlana bilməz”, – deyə Paqramunt qeyd edib.
AŞPA sədri bloqunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla çəkdirdiyi şəkli də paylaşıb.