Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

AŞPA-da Qarabağ münaqişəsi üzrə bəyanat qəbul edildi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsi üzrə yazılı bəyanat qəbul olunub. ANS PRESS-in məlumatına görə, bəyanata imza atan 44 AŞPA deputatı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativin olmadığına əminliklərini bildiriblər və tərəfləri vasitəçilərin daimi çağırışlarına hörmət etməyə, onların mandatını dəstəkləməyə və davam etməkdə olan danışıqları çətinləşdirməməyə çağırıblar.

“Biz bütün tərəfləri həmsədr ölkələr – Fransa, ABŞ və Rusiyanın 2009-cu ildən başlayaraq prezidentlər səviyyəsində edilən beş bəyanatda öz əksini tapan təkliflər əsasında sülh danışıqları yolu ilə nizamlanmaya nail olmaq üçün qəti addımlar atmağa və lazımi siyasi iradə göstərməyə çağırırıq”, — deyə bəyanatda bildirilir.

AŞPA-nın yaz sessiyası aprelin 18-də başlayıb. Avropa Şurası bəzi hallarda Azərbaycana qarşı qətnamələrin qəbul edilməsinə cəhd edib. AŞPA-nın qış sessiyasında Böyük Britaniyadan olan məruzəçi Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabatı lehinə 66, əleyhinə 70 nəfər, bitərəf 45 nəfər olmaqla qəbul olunmamışdı.

Amma təşkilat cəbhə xəttində baş verən hərbi əməliyyatlar zamanı rəsmi Bakıya öz dəstəyini ifadə edib. Avropa Şurasının sədri Pedro Aqramunt  rəsmi İrəvana işğal olunmuş Azərbaycan torpaqlarını tərk etmək üçün çağırış edib. Aqramunt Dağlıq Qarabağda zorakılıq hallarının çoxalmasına və mülki əhalinin ölümünə görə təəssüfləndiyini qeyd edib.

“Atəşin dərhal dayandırılması və münaqişənin sülh yolu ilə həll olunması üçün tərəfləri dialoqa çağırıram”, – deyə bəyanatda bildirilir.

Azərbaycan və Ermənistanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün səy göstərəcəklərinə dair öhdəlik götürdüklərini deyən Aqramunt hər iki ölkəyə zorakılıq hallarından uzaq olmaq istiqamətində çağırış edib. AŞPA sədri həmçinin Azərbaycan tərəfinin cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərarının da sevindirici hal olduğunu vurğulayıb.

Pedro Aqramunt Ermənistandan, BMT TŞ-nin işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmaq barədə qətnaməsinə riayət etməyi tələb edib.

“Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsiz Şurasının qətnaməsinə uyğun olaraq Ermənistandan, işğal olunmuş Azərbaycan torpaqlarından çıxmağı tələb edirəm”, – deyə bəyanatda qeyd edilib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930