Sarkisyan Qarabağda müşavirə keçirdi
Xəbər verildiyi kimi, Ermənistan prezidenti Serj Sarkisyan dünən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.
Ermənistan KİV-ləri bildirir ki, Xankəndində Serj Sarkisyan Qarabağdakı separatçıların başçısı Bako Saakyanla birgə ordunun yüksək çinli zabitlərinin iştirak etdiyi müşavirə keçirib. Müşavirədə cəbhə xəttindəki vəziyyət müzakirə olunub.
Sarkisyan bildirib ki, Qarabağdakı silahlı qüvvələrin möhkəmləndirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi dövlətin qarşısında duran əsas məsələ olaraq qalır.