Koçaryanın evinə qumbara atan taksi sürücüsü imiş…
Yerevanda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın evinə qumbara atan şəxs taksi sürücüsü imiş.
Virtualaz.org bildirir ki, məlumatı Novosti Armeniya yayıb.
Məlumatda bildirilir ki, dünən həbs olunan 1984-cü il təvəllüdlü Yerevan sakini Ovanes Muradyan artıq ifadə verib və törətdiyi əməli etiraf edib.