Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Fransa siyasətçilərindən öz prezidentlərinə Qarabağ MÜRACİƏTİ

Aprel ayının 1-dən 2-ə keçən gecə işğalçı  erməni qoşunlarının cəbhənin bütün təmas xətti boyunca törətdikləri təxribat  dünyanın hər tərəfində əks-səda doğurdu və ermənilərin  regionda və bütün dünyada sülhə və sabitliyə təhlükə yaradan hərəkətləri qətiyyətlə pislənildi. Bu sırada Fransa senatorları, deputatları və ictimai xadimləri də Azərbycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar səsləndirdilər.

Lakin aprelin 5-də tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunmasına baxmayaraq, erməni hərbi birləşmələri yenə də atəş xəttində yerləşən və dinc əhalinin yaşadığı yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edirlər. Bundan hiddətlənən bir qrup  Fransa siyasətçiləri yenidən Fransa prezidenti Fransua Ollanda kollektiv müraciət ünvanlayıblar.

Müraciətin tam mətni Milli Məclisin üzvü, Azərbaycan-Fransa dostluq qrupunun üzvü Cavanşir Feyziyev tərəfindən Modern.az-a təqdim olunub və onu olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq. 

Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq hüquqa hörmətin vaciblyi barədə Müraciət

Cənab Respublika Prezidenti,

Adətən, iki tərəfin münaqişəsi zamanı, döyüşən tərəflərin ikisi də özünü təcavüzə məruz qalan, münaqişə qurbanı kimi qələmə verməyə çalışırlar.

Tarixi ağrı-acı ilə dolu olan Ermənistannın siyasi gücü və mətbuat imkanları geniş olan bir diasporaya malik olması o demək deyl ki, o haqlıdır.

Müsəlman və həm də dünyəvi ölkə olan Azərbaycanın isə zəngin neft ehtiyatlarının olması heç də onun günahkar olamsına dəlalət etmir.

Tənbəllik yaradan hazır mühakimələr və indiyədək formalaşmış təsəvvürlərdən kənara çıxmaq və situasiyanı olduğu kimi görmək lazımdır.

2016-cı il aprelin 2-də qanlı təxribat və görünməmiş zorakılıqların eskalasiyası nəticəsində Azərbaycan hökuməti beynəlxalq səviyyədə tanınmış sərhədləri yaxınlığında yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri tədbirlər görməli olmuşdur.

Bildiyiniz kimi, bu münaqişənin həlli üçün fundamental əsaslar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş  822, 853, 874 və 884 saylı qətnamələri və BMT Baş Assambleyasının 2008-ci ildə qəbul olunmuş  62/243 saylı qətnaməsi ilə müəyyənləşdirilmişdir və bu qətnamələr işğalçı erməni qoşunlarının dərhal, tam şəkildə, heç bir şərt qoymadan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasını tələb edir.

Azərbaycan ərazilərinin daimi işğalı səbəbindən təəsüflər olsun ki, bu müddəalara əməl edilmir.

Belə hesab edirik ki, beynəlxalq ictimaiyyət – xüsusilə də, ATƏT-in Fransanın da daxil olduğu Minsk Qrupunun həmsədr ölkələri mütləq və təcili olaraq ən qısa zamanda Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün hərəkətə keçməlidirlər.

Azərbaycanın işğal olunmuş əraziləri barıt çəlləyini xatırladır, belə ki, Azərbaycan bu günkü durumla razılaşmır, Ermənistan isə bütün təklifləri rədd edir və aprelin 5-də əldə edilmiş atəşkəsi pozur.

Ermənistanın siyasətini müəyyənləşdirən Rusiya və ona dəstək verən İran durumun ciddiliyini anlayaraq münaqişənin həlli yollarını arayırlar. Türkiyə də həmçinin öz səsini eşitdirir. Münaqişənin beynəlxalqlaşdırılması onun bütün həll yollarını daha da mürəkkəbləşdirəcək.

Durum sadədir: beynəlxalq ictimaiyyətin əlində qəbul edilmiş qətnamələr və münaqişənin həlli yollaını tapmaq tapşırığı almış Minsk Qrupu var. 25 ildir ki, davam edən “status-kvo”ya son qoymaq lazımdır və buna görə də cənab Prezident, biz sizdən xahiş edirik ki, Ermənistanı beynəlxalq hüququn müddəlarına əməl etməyə məcbur edəsiniz. Eyni zamanda, Təhlüksəizlik Şurasının daimi üzvü kimi sizdən xahiş edirik ki, onun bu təcavüzünün pislənməsinə nail olasınız.

Biz onu da əlavə edirik ki, bu gün Dağlıq Qarabağ və ona bitişik ərazilərin işğalına dəstək vermək sabah Krımın Rusiya tərəfindən işğalına dəstək verməklə nəticələnəcəkdir. Beynəlxalq hüquq hər yerdə tətbiq olunmalıdır, çünki bu, regional və beynəlxalq təhlükəsizlik üçün çox vacib şərtdir.

 Vasitəçilərin problemin həllini ləngitmələrinə son qoymaq lazımdır. Münaqişənin yenidən alovlanmasının təsəvvür edilməsi mümkünsüzdür. Ona görə də cənab Respublika Prezidenti, biz sizdən xahiş edirik ki, Minsk Qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi tutuduğunuz vəzifəyə uyğun olaraq təcili tədbirlər görəsiniz.

İmzalayanlar:

 Jan-Mari Bokel (Jean-Marie Bockel), keçmiş nazir, Haut-Rhin bölgəsindən seçilmiş senator

Raşida Dati (Rachida Dati), keçmiş nazir, Respublikaçıların Avropa Parlamentində deputatı

Natali Qule (Nathalie Goulet), Orne bölgəsindən seçilmiş UDİ Senatoru, Xarici İşlər Komissiyasının sədr müavini

Andre Reyxard (André Reichardt), Bas-Rhin bölgəsindən seçilmiş senator, Avropa üzrə İşlər Komissiyasının sədr müavini, Fransa-Qafqaz Dostluq Qrupunun Azərbaycan üzrə sədr vəzifəsinin icraçısı

Jan-Lük REİTSER (Jean-Luc REITZER), Haut-Rhin bölgəsindən seçilmiş deputat,  Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin sədr müavini

Silvi QOY-ŞAVAN (Sylvie GOY-CHAVENT),  Ain bölgəsinin Senatoru

Jerom Lamber (Jérôme LAMBERT), Charente bölgəsinin deputatı, Avropa İşləri üzrə Komissiyanın sədr müavini

Jerom Binyon (Jérôme BIGNON), Somme bölgəsinin Senatoru

Jan Fransua MANSEL (Jean-François MANCEL),  Oise bölgəsinin deputatı

Kristian Nami (Christian NAMY), Meuse bölgəsinin Senatoru.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930