Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

ABŞ-ın kəşfiyyat peykləri Qarabağdakı döyüşləri çəkibmi…

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə iki onillikdən çox davam edən münaqişə aprelin əvvəlində alovlandı. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin hərəkətə keçdi və Moskvada hərbi əməliyyatların dayandırılmasına dair razılaşma əldə olundu, ardınca Rusiya prezidenti özünün yüksək rütbəli nümayəndələrini regiona göndərdi.

Virtualaz.org xəbər verir ki, bu sətirlər nüfuzlu “The Financial Times” qəzetinin Qarabağdakı 4 günlük müharibə barədə dərc etdiyi növbəti, sonuncu məqalədəndir. Qəzetin yazdığına görə analitiklər və diplomatlar deyirlər ki, Moskvanın bu fəallığı onun regionda mövqelərinin xeyli möhkəmlənməsinə səbəb oldu.

“ABŞ-ın sakitcə müşahidə etdiyi bir vaxtda Putin vakuumu doldurdu, Bakıda və İrəvanda belə təəsürat yaratdı ki, onlar tək qalıblar və Putin şəhərdə əsas oyunçudur”-ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Financial Times”ə açıqlamasında deyib.

Qəzet yazır ki, Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatlar dayandırılandan sonra ATƏT-in Minsk Qrupu həmsədrləri toplaşıb, vasitəçilər regiona səfər ediblər. Azərbaycanın Londondakı səfiri Tahir Tağızadə qəzetə açıqlamasında Qərbin baş verənlərə laqeyd qalmasını tənqid edib. Bildirib ki, bütün bu baş verənlər indiyədək beynəlxalq birliyin münaqişəni həll etməkdə qətiyyətsizlik göstərməsinin nəticəsi idi.

“Doğrudan da amerikalı diplomatlar şəxsi söhbətlərdə etiraf edirlər ki, Obama administrasiyasının son aylarında Vaşinqtonun Dağlıq Qarabağa dair hansısa yeni diplomatik həmlə etməyə həvəsi yoxdur. Bir Qərb diplomatı isə Dağlıq Qarabağda gedən döyüşlərə dair peyk çəkilişlərinin təqdim olunmasına dair xahişimizə cavab olaraq kədərlə çiyinlərini çəkir. Deyir ki, həmin günlər ABŞ-ın regiondakı bütün casus peykləri Ukrayna və Suriyaya yönləndirilmişdi”-qəzet yazır.

Məqalədə deyilir ki, dörd günlük müharibə ərzində baş verənləri rekonstruksiya etmək problemdir. Çünki müstəqil mənbələrdən daxil olan məlumatlar çox azdır. Ancaq Qarabağ üzrə ekspert Tomas de Vall deyir ki, məsələ döyüşləri birinci kimin başlamasında deyil. Onsuz da təmas xəttində tez-tez atışmalar baş verirdi: “Məsələ ondadır ki, bu münaqişə niyə alovlandı”

Qəzet yazır ki, Azərbaycan ordusu ermənilərin müdafiə xəttini yararaq bir neçə strateji yüksəkliyi tutub. Bu da 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasından bu yana misli görünməmiş haldır. T.Tağızadə isə baş verənlərə evini oğrulardan qoruyan ev sahibinin hərəkəti kimi izah edir: “Belə vəziyyətdə siz hansısa məqamda ov tüfəngini götürüb evinizi müdafiə etməli olacaqsınız”.

Tomas de Vall isə deyir ki, baş verənlər nəticəsində münaqişə daha təhlükəli xarakter alıb: “Hərbi əməliyyatlar yenidən və istənilən vaxt başlaya bilər”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930