Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Təcili: Putinin Qarabağa dair “ağrılı kompromislər” planı: şəxsən məşğul olacaq

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan və Ermənistan arasında kompromislərin əldə olunması üçün şəxsən və fəal şəkildə çalışacaq.

Virtualaz.org xəbər verir ki, bu məlumatı “İzvestiya” qəzeti Rusiya diplomatik çevrələrindəki qaynağa istinadən yazıb. Bildirilir ki, Putinin vasitəçiliyi ilə Qarabağ danışıqları yaxın günlərdə başlayacaq. Rusiya prezidenti hər iki tərəfdən siyasətçiləri kompromislərin zəruriliyinə şəxsən inandırmağa səy göstərəcək.

Konkret göstərilməsə də belə görünür ki, söhbət Azərbaycan və Ermənistan prezidentlərinin Putinin vasitəçiliyi ilə baş tutacaq görüşündən gedir. Belə görüşün tezliklə təşkil ediləcəyini virtualaz.org hələ aprelin 5-də-hərbi əməliyyatların dayandırıldığı gün yazmışdı. Bir gün əvvəl isə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qarabağa dair tezliklə “intensiv danışıqların başlayacağını” bildirib.

“İzvestiya” yazır ki, təmas xəttində gərginliyin azaldılmasından söhbət gedəndə tərəflərin heç biri güzəştə getmək istəmir. “Söhbət döyüş əməliyyatlarının dayandırılmasından gedən kimi hər iki tərəf danışıqlar masasının arxasına keçməyə hazır olur. Ancaq dərhal qarşılıqlı iradlar yada düşür və ərazi məsələsi həll edilməmiş qalır. Qarşıdan ağır danışıqlar gəlir v brada Rusiyanın köməyi olmadan keçinmək mümkün olmayacaq”-mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiyanın nizamlama planı bundan ibarətdir ki, Azərbaycana ərazilərin bir hissəsi qaytarılır, münaqişə zonasına sülhməramlılar yerləşdirilir, qaçqınlar öz yerlərinə qayıdır və Dağlıq Qarabağ legitimləşdirilir. Yəni sərhədlərin açılması, iqtisadi əlaqələrin bərpa olunması təmin edilir. Sonradan isə ehtiraslar səngiyəndə Dağlıq Qarabağın hüquqi statusuna dair referendum keçirilir. Lakin mənbə deyib ki, əgər referendumun nəticəsinin öz xeyrinə olmadığına əmin deyilsə tərəflərdən heç biri bu planla razılaşmaq istəmir.

Qəzet yazır ki, ekspertlər bunları nəzərə alaraq indiki mərhələdə danışıqlarda hansısa dönüşün olacağını gözləmirlər. Və belə görünür ki, Putinin vasitəçiliyi ilə baş tutacaq danışıqların məqsədi gərginliyi azaltmaq və gələcəkdə konstruktiv dialoqun aparılmasına zəmin yaratmaqdır.

Rusiyanın MDB İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Dmitri Madoyev deyir ki, münaqişənin hərbi həlli ola bilməz, ancaq danışıqlar da olduqca mürəkkəb keçəcək. “İndi hansısa dönüşün olacağı gözlənilən deyil. Ancaq ümid edək ki, intensiv diplomatiya öz nəticələrini verəcək. Tərəflər qeyri-müəyyənlikdən yorulublar, hərbi əməliyyatların başlaması təhlükəsi isə heç kimə lazım olmayan gərginlik yaradır”-ekspert deyib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930