Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qurban Pirimovun xatirə muzeyi

Xalq artisti, tarzən Qurban Pirimovun ev muzeyinin yaradılması ideyası 1991-ci ilin sentyabrında Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülür  və  doqquz nəfərlik ştat vahidi təsdiq edilir. Muzeyin direktoru vəzifəsinə isə Fəxrəddin Hacıyev təyin edilir.

Eksponatların toplanılması o dövrdə çox çətin və mürəkkəb bir vaxtda  həyata keçirilir. Tanınmış tarzən Qurban  Pirimova aid şəxsi  əşyalarının  bir qismi  əhalidə, bir qismi isə Azərbaycan Musiqi Tarixi Muzeyində saxlanırdı. Ağdam Mədəniyyət Şöbəsində yaradılan müvafiq qrup ilk olaraq görkəmli tarzənin doğulduğu Abdal-Gülablıda kəndindəki Məscidə yaxın olan mənzilinə baxış keçirmiş və yeni binanın tikinitisinə qərar vermişdir. Tarzənin bu istiqamətdə yerləşən  həyətində boyu 12 metr və eni  6 metr olmaqla yeni muzey binasının inşasına başlanır. Bu bina tarzənin köhnə mənzilindən təxminən üç-beş  metr aralıda idi.  Çox tez bir zaman kəsiyində bina inşa edilərək təhvil verilir. Bundan sonra nazirliyin bərpaçı rəssamlar qrupu başda Bəhram Əliyev olmaqla  muzeydə tərtibat işlərini həyata keçirir. Muzeyin girişində tarzənin əlində tar olmaqla xüsusi detallardan mum fiquru hazırlanır.

bu tar

Qeyd edək ki, bütün bu proseslər  1991-ci ilin oktyabr-noyabr aylarında baş verirdi. Təşkilatçılar eksponat fondunun toplanılması zamanı ciddi problemlərlə üzləşsələr də, Q. Pirimovun yaxınlarının köməyi ilə tarzənin şəxsi əşyalarını yığmaq mümkün olur. Bu işdə tarzənin kürəkəni, görkəmli yazıçı Mirzə İbrahimovun  danılmaz xidməti olmuşdu. O. muzeyin yaradılması ideyasını alqışlamaqla yanaşı, tarzənlə bağlı özündə olan bütün əşyaları muzeyə təqdim etmişdi. Tarzənin  qohumu  mərhum aktrisa Əminə Babayeva sənətkara məxsus stol, stul, hətta ölçüsü kiçik olan royalı da muzeydə sərgiləmək üçün təhvil vermişdi.  Bundan əlavə olaraq  Azərbaycan Musiqi Tarixi Muzeyinin direktoru Alla Axundova muzeydə olan bəzi əşyaları, o cümlədən onun həyat və yaradıcılığını əks etdirən şəkilləri, digər qiymətli əşyaları muzeyin eksponat fonduna keçirir. Tarzənin təsbehi, kostyumları, külqabısı, eynəyi muzeyin eksponat  fonduna daxil edilir.  Bu minvalla az müddət ərzində muzeydə 70-dən artıq müxtəlif adda qiymətli eksponat toplanır.

???????????????????????????????

???????????????????????????????

Muzey Abdal-Gülablı kəndində istifadəyə verilsə də, orda eksponatların nümayişi az müddət mümkün olur. Ermənistan silahlı dəstələrinin daimi olaraq kəndi atəşə tutmaları muzeyin eksponat fondunun yerdəyişməsinə səbəb olur.

Muzey  sonradan Ağdam  şəhərindəki keçmiş “Lenin” küçəsində,  əvvəllər “Pioner evi”, sonralar kitabxana kimi fəaliyyət göstərmiş birmərtəbəli binaya köçürülür. Kitabxanaın bir hissəsində tarix-diyarşünaslıq muzeyi, digər tərəfində isə Qurban Pirimovun ev muzeyi fəaliyyətə başlayası olur. Hər iki muzeyin fəaliyyəti üçün tam şərait yaradılır.

???????????????????????????????

Ermənilərin daim şəhəri və ətraf kəndləri atəşə tutmaları şəhərdə muzeyin fəaliyyətini sual altına qoyur. 1992-ci ilin martında isə döyüşlərin artması fonunda vəziyyət bir qədər də çətinləşir.  Hətta bir neçə dəfə muzeyin binasının həndəvərinə düşən mərmi qəlpələri binaya və bəzi eksponatlara ciddi ziyan vurur. Bu səbəbdən Ağdam rayon mədəniyyət şöbəsinin müdiri Çimnaz Əliyevanın  dəstəyi ilə Mədəniyyət Nazirliyinin razılığı əsasında muzeyin daşınması mümkün olan 30-dək  eksponatı mərmi atəşi altından çıxarılır. Lakin əlli dən artıq qiymətli eksponat işgal altında qalır. Muzey hazırda fəaliyyət göstərimir.

???????????????????????????????

Xatırlatma:

Qurban Baxşəli oğlu Pirimov 1880-ci ilin oktyabrında Ağdamın Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsr Qarabağın məşhur aşığı olan Aşıq Valehin nəticəsidir. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci il Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir. Q. Pirimov bir çox məşhur xanəndələri tarda müşayiət edib. O, 29 avqust 1965-ci ildə Bakıda vəfat edib.

Hazırladı:

Vüqar Tofiqli

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930