Prezident Cəbrayıla yeni icra başçısı təyin etdi – SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni təyinat gerçəkləşdirib.
Ölkə başçısının imzaladığı sərəncamla Kamal İltifat oğlu Həsənov Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahmud Quliyev bu il martın 3-də vəzifəsindən azad edilmişdi.