İsveçin türk naziri “Boz Qurd”larla yemək yediyinə görə postunu itirdi
İsveçin mənzil tikintisi naziri və Yaşıllar partiyasının üzvü Mehmet Kaplan ölkədəki “Boz Qurdlar” təşkilatının yerli sədri ilə səhər yeməyi etdiyinə görə istefa verməli olub.
“Mən Mehmet Kaplandan onun öz postundan istefa verməsi ilə bağlı xəbər aldım və istefa ərizəsini qəbul etdim”.-deyə İsveçin baş naziri, sosial demokrat Stefan Löven məlumat verib.
Türk mənşəli nazir ötən ilin yayında Ramazan bayramı zamanı “Boz Qurdlar” təşkilatının yeni rəhbəri və radikal “National Vision” təşkilatıının üzvləri ilə birlikdə nahar edərkən yaxalanmışdı.
Bundan başqa, Kaplan İsrailin fələstinlilərlə rəftarını Hitlerin yəhudilərə bəslədiyi münasibətlərlə müqayisə etməsi etirazla qarşılanmışdı.