İsrailli generaldan Azərbaycana dəstək, Rusiyaya ittiham–Qarabağ problemi
“İsrail Dağlıq Qarabağdakı situasiyada Bakıya diplomatik dəstək nümayiş etdirməlidir”.
Bu sözlər İsrailin Müdafiə nazirinin keçmiş müavini, general Efraim Snehin “Al-monitor.com” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, İsraillə Azərbaycan strateji müttəfiqdirlər:
“Bakı İsrailin neft ehtiyacının 40%-ni qarşılayır. Bu konfliktin davam etdirilməsi yalnız Ermənistanı müdafiə edən Rusiyaya maraqlıdır”.
Qeyd edək ki, Efraim Sne Ariel Şaron və Ehud Barak hökumətlərində çalışıb. O, İsrailin məşhur siyasətçisi Moşe Snenin oğludur. Sne 1976-cı ildə baş tutan “Entebbe” əməliyyatının da (Mossadın 70-ci illərdə Uqandada yəhudi girovları azad etmək üçün keçirdiyi məşhur əməliyyat – red.) iştirakçısı olub(Axar).