Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Bu müharibə dünyaya ciddi mesajlar verməkdədir

Ermənistanın təxribatçı əməllərinə və işğalçılıq siyasətinə cavab olaraq aprel ayının əvvəllində başlayan  lokal döyüşlər, Azərbaycan Ordusunun düşmənə layiqli cavabı  hər bir azərbaycanlıda ruh yüksəkliyi yaratdı. Digər tərəfdən  4 günlük müharibə dünyaya ciddi mesajlar verdi. Öncə ondan başlayaq ki, Azərbaycan Ordusu  çox önəmli yüksəkliyi tutmaqla bərabər, həm də əhəmiyyətli ruh yüksəkliyini qəlblərdə yaşatdı. Bütün hallarda bu yüksəkliklər böyük qələbəyə aparın yolun tərkib hissədir. Əslində Ordumuza və onun uğurlu döyüş qabiliyyətinə bizdə hər zaman inam olub.Bu yerdə bir faktı qeyd etmək istərdim. Biz ötən il bir qrup QHT və media təmsilçisi cəbhə bölgələrində əsgərlərimizlə görüşərkən hərbi hissələrdə mövcud olan nizam-intizam, əsgərlərin normal təminatının təşkili, ən əsası əsgərə olan döğma münasibətin  şahidi olduq. Mən o zaman cəbhə bölgəsindən geri döndükdən dərhal sonra gördüklərim haqqında yazı yazmışdım. (http://fact-info.az/news?id=14) Son dövlər cəbhə bölgəsində əsgərlərimizin uğurlu döyüş taktikası, yaranan ruh yüksəkliyi bir il öncə müşahidə etdiyimiz güclü nizam-intizamın bəhrəsi idi.

Kifayət qədər çətin, mürəkkəb sahə olan hərbi sistemin formalaşmasına bu qədər  istər  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı, istərsə Müdafiə Nazirliyinin  rəhbərliyinin orduya peşəkar yanaşması  4 günlük aprel döyüşünün və bu uğurların təməlini təşkil edirdi. Uğurlarımız davamlı olsun!

Digər tərəfdən aprel döyüşü ermənilərin hər zaman öyündükləri hərbi birləşmələrini dağıtmaqla bərabər Ermənistan cəmiyyətinə, erməni analarına ciddi mesaj verdi. Bu mesaj ondan ibarət idi ki, Ermənistan işğal etdiyi əraziləri tərk etməyənə qədər Dağlıq Qarabağda, bütün döyüş bölgələrində erməni əsgərləri öləcək. Erməni əsgər anaları daha çox yad torpaqlardan, Dağlıq Qarabağdan gələn əsgər cənazələrini qarşılayacaqlar. Artıq Ermənistan  cəmiyyəti bunun fərqindədir.Rusiyanın əleyhinə Yerevanda başlayan etiraz mitinqləri bunu  bir daha sübut edir.

Ermənistan rəhbərliyinin və onların himayəsində olan mediaının Azərbaycanın əleyhinə  apardığı bütün saxtakarlığa, hiyləgərliyə baxmayaraq, hiss olunur ki, həmin ölkədə  böyük əksəriyyət cinayətkar Sarkisyan rejimindən bezib. Belə götürəndə bu münaqişə, Ermənistanın xarici himayədarlarının dəstəyi ilə işğalçılıq siyasəti həmin ölkəyə təlafat, yoxsulluq, iqtisadi cəhətdən təcridolunan ağır güzəran və digər fəlakətlər gətirib.

Müşahidələr göstərir ki,  Sarkisyan rejimi həm daxildə, həm xaricdə öz dayaqlarını itirib.  Himayədarı və ağası  Rusiyadan getdikcə lazımı dəstək qazana bilməyən və son dovrlər cəbhə xəttində böyük uğursuzluqla üzləşən Ermənistan rəhbərliyi Rusiyanın başı üzərindən, Kremldən gizli şəkildə Avropa Birliyi ilə, hətta NATO ilə, Qərb dövlətləri ilə  yaxınlaşmaq cəhdləri müşahidə edilir. Xarici işlər naziri Edvard Nalbəndyanın, daha sonra  prezident Serj Sərkisyanın  Avropaya üz tutması  bundan xəbər verir.

 Şübhəsiz ki, Rusiya Ermənistandan nə qədər mümkünsə o qədər istifadə edib. Yəqin ki, bundan sonrada öz əyaləti kimi istifadə edəcək. Rusiya demək olar ki, de-fakto  Ermənistanı  öz əyaləti kimi qəbul edir. Ancaq Rusiyadan fərqli olaraq MDB məkanında bəzi respublikaların, həm də Avropanın Ermənistana münasibətinin dəyişməsi hiss olunmaqdadır. Bu münasibət Azərbaycanın  ərazi bütövlüyünün birmənalı  şəkildə dəstəklənməsində və ümumilikdə Azərbaycana bir dəstək jestlərində özünü göstərdi.

Yetər ki,  həmin ölkələr siyasətdə daha səmimi olaraq Ermənistana işğal etdiyi Azərbaycan ərazilərini tezliklə tərk etməyi sərt şəkildə bildirsinlər.  Necə ki,  İslam Əməkdaşlıq Təşkilatına üzv dölvətlər Ermənistana qarşı daha sərt mövqe nümayiş etdirlər. İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Sammitinin yekununda qəbul edilən qətnamələrin siyahısında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müddəa da yer alıb. İslam Əməkdaşlıq Təşkilatının 57 üzvü  Ermənistana qarşı formalaşdırdığı qəti fikri BMT-nin Baş Assambleyasına çıxarmağı planlaşdırır.  

Bu gün belə mövqeyin digər beynəlxalq təşkilatlardan  (BMT, ATƏT, Avropa Şurasından) səslənməsi həmin qurumların zədələnmiş nüfuzunu bərpa edər. Yoxsa  dişsiz beynəlxalq qurumların qətnamələri, tövsiyələri hələ uzun müddət kağız üzərində qalacaq. Ancaq istənilən halda aprel ayının əvvəllində baş verən döyüşlərin nəıticələrindən beynəlxalq təşkilatlar, Cənubi Qafqazda iqtisadi marağı olan Qərb dövlətləri  öz mesajlarını alıb nəticə çıxaracaqlar. Həmin ölkələr öz iqtisadi maraqlarını  təmin etmək üçün regiona dondurulmuş münaqişə deyil, ədalətli sülhün  gətirilməsinə çalışmalıdırlar.

Əkrəm Bəydəmirli  

yknews.az  

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930