Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Zorakılıq qurbanları ilə bağlı dövlət yardım mərkəzlərinin yaradılması təklif olunur

Azərbaycanda zorakılıq qurbanlarına yardımların göstərilməsi üçün dövlət yardım mərkəzləri yaradılmalıdır. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, zorakılıq qurbanlarına yardımların göstərilməsi üçün dövlət və qeyri-dövlət yardım mərkəzləri fəaliyyət göstərməlidir.

T.İbrahimova qeyd edib ki, hazırda Azərbaycanda dövlət yardım mərkəzləri olmasa da, qeyri-dövlət yardım mərkəzləri fəaliyyət göstərir. Sadəcə olaraq, bu gün onların potensialının gücləndirilməsinə çox böyük ehtiyac var: “Mühafizə orderi aldıqdan sonra da zorakılıq qurbanı olan şəxslə zorakılıq törədən şəxs birlikdə yaşaya bilərlər və yaşayırlar da. Əgər doğrudan da zorakılıq qurbanının həyatı üçün təhlükə varsa, onun yenidən zorakılıq törədən şəxsin olduğu həmin yerə qayıtması düzgün olmazdı. Elə ona görə də yardım mərkəzləri, sığınacaqlar olmalıdır ki, zorakılıq törədən şəxslər o sığınacaqlara yerləşdirilsin. Təəssüflər olsun ki, bu gün Azərbaycanda hələ ki, sığınacaqlar yaradılmayıb”.

T.İbrahimov deyib ki, zorakılıq hallarını azaltmaq üçün ilk növbədə zorakılığın qurbanları olan ailələrdə profilaktik işlər gücləndirilməlidir: “Profilaktik işlər aparılmasa, həmin ailədəki problemdən də xəbərsiz qalacağıq, heç bir tədbir də görülməyəcək. Əslində, bələdiyyələrin, icra hakimiyyəti orqanlarının öz ərazisindəki problemli ailələrdən xəbəri olur. Sadəcə, müvafiq qaydada profilaktik işlər aparılsa, nə ölüm, nə də intihar halları olardı. Bunların hamısı vaxtında qabaqlayıcı tədbirlərin görülməsindən çox asılıdır”.

O, qeyd edib ki, bu gün “Məişət zorakılığı haqqında” qanunun tətbiqində özünü göstərən əsas boşluqlardan biri də zorakılıqlara məruz qalan insanların hüquqlarının bərpası, onlara lazımi sosial xidmətlərin göstərilməsi ilə bağlıdır.

Komitənin şöbə müdiri əlavə edib ki, bu gün zorakılıq qurbanlarına bütün xidmətlər pulsuz göstərilməlidir.

O, hesab edir ki, zorakılıq qurbanlarının məşğulluğu, sosial yardımların təyin edilməsi, uşaqlarının təhsilinin təşkili üzrə bütün məsələlərlə bağlı dövlət orqanlarının əlaqəli şəkildə fəaliyyətində boşluqlar var.

T.İbrahimova bildirib ki, bu boşluqların aradan qaldırılması üçün komitənin təşəbbüsü ilə yerlərdə monitorinq qrupları yaradılıb: “Əsas məqsəd zorakılıq qurbanlarının məlumatlılığının artırılmasıdır. Son vaxtlar KİV-lərdə ailələrdə intihar hallarının olması ilə bağlı məlumatlar oxuyuruq. Hər bir halla bağlı həmin ailələrə baş çəkilməli, ailənin ehtiyacları ödənilməli, problemləri öz həllini tapmalıdır”.

“Məişət zorakılığı haqqında” qanunun tətbiqində boşluqların yaranması səbəblərini də açıqlayan T.İbrahimova əlavə edib ki, qanun qəbul edilənə qədər bir çox hallarda ailədəki problem elə ailə daxilində qalırdı: “Bu məsələlərin ictimailəşməsi, zorakılıq qurbanı olan şəxsin faktla bağlı aidiyyəti orqana məlumat verməsi qınağa səbəb olurdu. Əslində, bu, mentalitetdən irəli gələn bir məsələdir və bu günə qədər də mövcuddur. Hətta dövlət orqanlarının əməkdaşlarında da daxilən belə bir yanaşma var ki, ailə məsələsidirsə, ailə özü bunu həll etməlidir. Əslində, biz bu yanaşmaya son qoymalıyıq”.

Qeyd edək ki, 2015-ci ildə qadınlara qarşı zorakılıqla bağlı baş vermiş cinayət hadisələrinin sayı 2248 olub.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930