Rusiya hücuma keçdi: İŞİD Rakkanı boşaldır
Rusiya ve Suriya hava qüvvələri Rakkada əməliyyat keçirib.
Axar.az xəbər verir ki, hava zərbələri nəticəsində terrorçulara məxsus xeyli hərbi avtomobillər və qərargahlar məhv edilib.
Bu arada Suriya hökumətindən bir qaynaq Kabakeb və Əl-Tim neft quyuları yaxınlığında quru əməliyyatına start verildiyini açıqlayıb. Onun sözlərinə görə, əməliyyat nəticəsində terrorçular Rakkanı boşaltmağa başlayıb.