“Qardaş Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması təqdirə layiqdir”
“Əyər Rusiya Ermənistanda hərbi bazalarını yaradıbsa, Türkiyə qardaş Azərbaycanda nədən yaratmasın”?
Moskva hərəkətləndi: Türkiyə Azərbaycanda hərbi baza yaradırDağlıq Qarabağ münaqişəsi ətrafındakı son gəlişmələr Rusiya və Türkiyə arasında gərginliyi artırıb. Aprelin 2-5 tarixlərini əhatə edən 4 günlük Ermənistan – Azərbaycan savaşında Azərbaycana dəstək nümayiş etdirən Türkiyənin jestinə cavab olaraq Rusiya düşmən ölkədəki hərbi qüvvələrini gücləndirmək barədə qərar qəbul edib.
Artıq tərəflər arasında söz savaşının praktiki addımlara keçdiyi deyilir. Rusiya KİV-ləri yazırlar ki, Kreml Ermənistan – Türkiyə sərhədinə yeni hərbi bazanın yaradılması planının üzərində işləməyə başlayıb.
İrəvana səfəri çərçivəsində bölgəyə baxış keçirəcək Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovdan sonra Müdafiə naziri Sergey Şoyqunun da Ermənistana göndəriləcəyi bildirilir. Qeyd olunur ki, Rusiyanın Gümrü bazasındakı hərbçilərinin bir qismi bölgəyə nəzarət üçün Ermənistan-Türkiyə sərhədlərinə göndərilib.
Türkiyə tərəfi də Rusiyanın bu addımlarına cavab vermək niyyətindədir. Gələn məlumatlara görə, müttəfiq ölkə Naxçıvanla yanaşı Azərbaycanın digər bölgələrində hərbi baza qurmaq barədə düşünməyə başlayıb. Təklifin Azərbaycan hakimiyyətinə çatdırdıldığı deyilir. Rəsmi Bakıdan Ankaraya hansı cavabın verildiyi deyilməsə də, məsələnin müzakirə ediləcəyi ehtimallar arasındadır.
Davudoğlunun mesajı, Pakistanın 100 minlik ordusu… Rusiya tərəfinin qıcıqlandıran əsas səbəb kimi İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitində Türkiyə Baş naziri Əhməd Davudoğlunun müsəlman və İslam dövlətlərini Azərbaycanın müdafiə edilməsinə çağırış etməsi olub. Paralel olaraq, Türkiyənin son zamanlarda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aktiv şəkildə qoşulması və vasitəçi olmaq cəhdləri də Kremli narahat edir.
Qərb və ABŞ-dan da Türkiyənin bu cəhdlərinə dəstəyin verilməsi Kremli bu planı pozmağa vadar edir. Pakistanın İstanbul sammitdən əvvəl 100 minlik hərbi qüvvələrini Azərbaycana hərbi dəstək üçün hazır vəziyyətə gətirməsi barədə yayılan məlumatlar da bu qəbildəndir. Qeyd olunur ki, aprelin əvvəllərində Ermənistan və Azərbaycan arasında yaşanan qarşıdurmaya cavab olaraq Türkiyə də Ermənistanla sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədiylə silahlı qüvvələrinin sayını artırıb.
Ankaranın bu addımını savaş vəziyyətində Türkiyənin Azərbaycana dəstəyi və Ermənistana müharibə mesajı kimi qəbul edən Rusiya adekvat addımlar atmağa başlayıb. Cənubi Qafqaz təhlükədə Politoloq Qabil Hüseynli Cebhe.info-ya indiki halda Türkiyənin Azərbaycana mənəvi dəstək nümayiş etdirdiyini deyib və bunun Rusiya ilə gərginliyə səbəb olacağını istisna edib: “Rusiya – Türkiyə münasibətləridə son zamanlarda yumşalma baş verir. Rusiya Türkiyə ilə münasibətləri düzəltmək istəyir”. Qabil Hüseynli Valeri Gerasimovun İrəvana səfəri çərçivəsində Rusiyanın Ermənistanda yeni hərbi bazasının yaradılması üçün bir sıra bölgələrə baxış keçirəcəyi haqda yayılan məlumatlara da münasibət bildirib: