“Qarabağ”dan növbəti qələbə
Aprelin 16-da Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində günün mərkəzi görüşü keçirilib.
“Neftçı” öz meydanında turnir cədvəlinin lideri “Qarabağ” klubu ilə qarşılaşıb. Oyun Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb-2:1.
Matçda bütün qollar ikinci hissədə vurulub. Qonaqlar oyunun 56-cı dəqiqəsində Daninin qolu ilə hesabı açıb. 73-cü dəqiqədə Reynaldo fərqi ikiyə çatdırıb. “Neftçı” isə 75-ci dəqiqədə Aylton Silvanın vurduğu təsəlli qolu ilə kifayətlənməli olub.
Hazırda “Qarabağ” komandası 69 xalla turnir cədvəlində liderliyini möhkəmləndirib.