Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistanın boşalması sürətlənib

BMT-nin əhali fondunun Ermənistan ofisinin yeni rəqəmlər açıqlayıb.
Keçən il Ermənistandan rəsmi qeydiyyatda olan insanların sayı 12 min azalıb. ANS PRESS-in məlumatına görə, bunu BMT-nin əhali fondunun (UNFPA) Ermənistan ofisinin rəhbəri Qarik Hayrapetyan açıqlayıb.

Onun sözlərinə görə, 1 yanvar 2016-cı il tarixdə Ermənistandan rəsmi qeydiyyatda 2 milyon 988,6 min adam olub ki, bu, 2015-ci ilin 1 yanvar tarixinə olan göstəricidən 12 min azdır. Amma Ermənistanın müstəqilliyini elan etdiyi 1991-ci ilin göstəricisi ilə isə qeydiyyatda olan əhali sayı 634,7 min nəfər azalıb.

“1990-cı illərdə Ermənistanda ildə 81 min uşaq doğulurdı, indi bu göstərici 42 minə düşüb”.

Qarik Hayrapetyanın sözlərinə görə, sovet dövrü ilə müqayisədə Ermənistanda doğum göstəricisi də iki dəfə azalıb: “1990-cı illərdə Ermənistanda ildə 81 min uşaq doğulurdı, indi bu göstərici 42 minə düşüb. Doğum əmsalı da həyəcan doğurur – 1,6-ya bərabərdir, yəni cütlük hətta özünə varis qoya bilmir”.

Qeyd edək ki, millətin təkrar istehsalının təmin edilməsi üçün doğum əmsalının, yəni bir produkitiv qadına düşən uşaq sayının 2,1-dən yüxarı olması vacibdir. Sovet illərində Ermənistanda doğum əmsalı 3-ün ətrafında dəyişirdi.

«Doğum göstəricisinin azalmasının bir səbəbi var, bu gün ailə başçıları ailəni maddi cəhətdən təmin edə bilmirlər»,- deyə Hayrapetyan vurğulayıb.

Ermənistanın Spitak şəhərinin xaraba qalmış mikrorayonu - 2014-cü il

Ermənistanın Spitak şəhərinin xaraba qalmış mikrorayonu – 2014-cü il

Ermənistan Əmək Nazirliyinin demoqrafiya şöbəsinin rəisi Vanik Babacanyan isə doğum göstəricisinin azalmasının əsas səbəbləri sırasında Qarabağ müharibəsini və miqrasiyanı göstərib.

“Yaşı 63-dən yüksək olan sakinlərin sayı Ermənistan əhalisinin 12,6%-ni təşkil edir. “Qocalmış millət” anlayışını təyin edən yuxarı hədd 13%-dir”.

Qarik Hayrapetyan həm də bildirib ki, müstəqillik illəri sırasında Ermənistandan qocalan millətə çevrilib: “Yaşı 63-dən yüksək olan sakinlərin sayı Ermənistan əhalisinin 12,6%-ni təşkil edir. “Qocalmış millət” anlayışını təyin edən yuxarı hədd 13%-dir”.

Onun sözlərinə görə, 2050-ci ildə Ermənistanda yaşı 65-dən yüksək olanlar əhalinin 25-27%-ni təşkil edəcək. Bu isə bu ölkə üçün sosial təminat sahəsində ciddi problemlər yaradacaq.

Əslində, Ermənistanda əhalinin azalmasının siyasi səbəbləri də var. Statistikaya baxdıqda, Ermənistan əhalisinin sayı 1995-2008-ci illərdə cüzi azalma ilə 3,2 milyon ətrafında dəyişib. Amma 2008-ci ildən sonra azalma sürətlənib. Bu, «Qarabağ» klanının təmsilçisi Robert Koçaryanın hakimiyyəti öz klan yoldaşı Serj Sarkisyana verməsindən sonra İrəvanda baş vermiş qanlı hadisələrlə bağlıdır.

İrəvanın qanlı gecəsi - 1 mart 2008-ci il

İrəvanın qanlı gecəsi – 1 mart 2008-ci il

Həmin il martın 1-də İrəvanda Serj Sarkisyanın seçki pozuntusunun yardımı ilə hakimiyyətə gəlməsinə etiraz edən nümayişçilərə atəş açılmışdı və 8 nəfər nümayişçi həlak olmuşdu. Ondan sonra Ermənistandan böyük köç başlamışdı. Erməni diaspora təşkilatlarının məlumatına görə, hazırda Ermənistanda real olaraq 1,4 milyon adam yaşayır. Ölkədə qeydiyyatda olan vətəndaşların təxminən 1.4 milyonu isə müxtəlif ölkələrdə əmək miqrantı kimi çalışır ki, bunların 600 minə qədəri Rusiyanın payına düşür.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930