Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Stalinin qısqanc arvadı – Nadejda Alliluyevanın faciəli həyatı

Məlumat verildiyi kimi, 20-ci il hadisələri ilə bağlı tarixi-sənədli əsər üzərində işləyirəm. Personajların  sırasında fəaliyyətinin mühüm dövrü Bakı ilə bağlı olan İosif Stalin və onun həyat yoldaşı Nadejda Alliluyeva da var.
Stalinin ikinci arvadı Nadejda Sergeyevna Alliluyeva 1901-ci ildə Bakıda doğulmuşdu. Onun atası Sergey Yakovleviç  peşəkar inqilabçı idi.
Nadejdanın damarında gürcü, alman və qaraçı qanı qarışıb birləşmişdi.  O, çılğın, söz götürməyən, təvazökar, azadlıqsevən bir qızdı.
Stalinlə Sergey köhnənin tanışları idilər. Hətta, Nadejda uşaq olarkən gənc Koba bir müddət Bakıda onların evində yaşamışdı. Bir çox tarixçilər gənc inqilabçı ilə yaşlı Sergeyin arvadı Olqanın çox yaxın münasibətdə olduğunu  da yazırlar. Onlar yaşıd idilər. Olqanın əri Sergey Alliluyev gənclərin bu “dostluğuna” xüsusi bir əhəmiyyət vermirdi.
Stalinlə Nadejda 1918-ci ildə ailə qurdular. Bu zaman Stalinin otuz doqquz, Nadejdanın on yeddi yaşı vardı.
Bu izdivacdan onların iki övladı dünyaya gəlmişdi: Vasili və Svetlana.
Nadejda bir müddət milli münasibətlər komissarlığında Stalinin yanında, habelə “İnqilab və mədəniyyət” jurnalında, “Pravda” qəzetində  işləmişdi. Onun fəaliyyətinin böyük bir qismi Xalq Komissarları Soveti ilə bağlı olub. Məlumdur ki, XKS-nin sədri Lenin idi. Nadejda Semyonovna burada Leninin katibliyində çalışırdı. Hətta, deyilənə görə, Stalin öz arvadı vasitəsilə Leninə gələn gizli, məxfi məgtubları əldə edərək qarşılayıcı tədbirlər görürmüş.
Stalin kobud, kinli, qisasçı bir adamdı. Məsələn, 0 1921-ci ildə bir müddət arvadı ilə danışmadı. Səbəb də bu idi ki, niyə arvadı ona “siz” deyə müraciət edir. Hətta, həmin il Nadejda partiyadan azad edilib bir müddət sonra yenidən bərpa olunmuşdu. Bütün bu baş verənlərdə Stalinin rəyi yox deyildi.
Bir dəfə növbəti ailə mübahisəsi zamanı Nadejda ərinə demişdi: “Sən başqasına əzab verməkdən həzz alırsan. Öz öğlunu, öz arvadını, hətta bütün ölkəni əzməkdən feyziyab olursan”.
Nadejda “Promakakdemiya”da oxuyarkən çoxları, daha doğrusu rektordan başqa heç kəs, bu qadının Stalinin advadı olduğunu bilmirdi. Nadejda öz soyadını da dəyişməmişdi, qızlıq familiyasını saxlamışdı. İşə və dərsə ictimai nəqliyyatla gedib-gəlirdi.
Zəruri qeyd. Sonralar Sov. İKP MK-nın lideri olmuş Nikita Sergeyeviç Xruşşov Nadejdanın tələbə yoldaşı olmuşdu. O zaman gənc Xruşşovu öz ərinə məhz Nadejda təqdim etmişdi.
Nadejda  Alliluyeva təbiətən ürəyiyumşaq, emosional bir qadındı. O, özünün bir neçə tələbə və iş yoldaşlarını dəfələrlə  repressiyanın cəngindən xilas edə bilmişdi. Amma bəzən cəza idarələri onu eşitmirdi. Bir dəfə növbəti xahiş zamanı OQPU-nun rəhbəri Henrix Yaqoda onun xahişini yerinə yetirməkdən imtina edərək demişdi: “Mən artıq heç nə edə bilmərəm. Çox şey mənim imkanım xaricindədir”.
O, Leninqradda yaşayan valideynlərinə, Xarkovdakı bacısına tez-tez baş çəkirdi. Daim sadə adamların arasında olurdu. Ölkədə baş verən faciələrin, yaranan xofun, həyata keçirilən repressiv tədbirlərin şahidi kimi hədsiz əzab çəkirdi. O, yeganə adam idi ki, ərinə öz iradını deyə bilirdi. Bu “iradlara” görə Stalin onu bir neçə dəfə təhqir etmişdi.
Nadejda Alliluyevanın iki yaxın rəfiqəsi vardı. Sonralar Stalin hər iki qadını amansız şəkildə cəzalandırdı. Bunlardan biri Polina Semyonovna Jemçujina idi. Bu qadın Stalinin silahdaşı, SSRİ-nin Xarici İşlər naziri və Baş naziri olmuş Vyeçeslav Molotovun arvadı idi.
Zəruri qeyd. Jemçujinanın əsl ad –soyadı Perl Karpovskayadır. Yəhudi dərzinin ailəsində doğulub. 1921-ci ildə Vyaçeslav Mixayloviç Molotovla ailə qurub. Stalinin arvadı Nadejda Alliluyevanın yaxın rəfiqəsi olub. Jemçujina yüksək dövlət postlarında olub. SSRİ balıq sənayesi naziri, habelə yüngül sənaye naziri vəzifəsində çalışıb.
1948-ci ildə partiyadan xaric edilmiş, 1949-cu ildə “yəhudi millitçiləri ilə uzun illər cinayət əlaqəsinə görə” maddəsi ilə həbs olunub. Onunla bərabər bir sıra yaxın qohumları, habelə qardaş və bacısı da həbs edilmiş və məhbəsdə həlak olmuşlar. Stalin  ölən günün səhəri Beriyanın əmri ilə həbsdən azad olunaraq partiyaya bərpa olundu. Ömrünün sonunacan Stalin ideyalarına sadiq qalıb.1970-ci ildə vəfat edib.
Nadejdanın digər rəfiqəsi  Stalinin əvvəlki arvadının qardaşı Aleksandrın həyat yoldaşı  Mariya idi.
Zəruri qeyd. Opera müğənnisi Mariya Anisimovna Svanidze (Korona) 1939-cu ildə həbs olunmuş, 1942-ci il mart ayının üçündə “NKVD”-nin çıxardığı qərara əsasən güllələnib.Onun bacısı Mariko da “xalq düşməni” kimi ölümə məhkum olunub.
Aleksandr Semyonoviç Svanidze 1886-cı ildə Gürcüstanda doğulub. Stalinin birinci arvadının qardaşı, opera müğənnisi  Mariya Anisimovna Svanidzenin  (Korona) əri. Stalinin ən yaxın dostlarından biri.Tanınmış bolşevik, tarixçi və iqtisadçı. Şota Rustavelinin “Pələng dərizi geymiş pəhləvan” poemasını gürcü dilindən ruscaya tərcümə edib.  1937-ci ildə ildə “yejovçu” və “alman casusu” kimi şərlənərək həbs olunmuşdu. Həbsxanada ona təklif olunub ki, Stalinin adına əfv məktubu yazsa, qaynı onu bağışlayacaq. Aleksandr Semyonoviç əsəbiləşərək deyib: “Axı mən Stalindən nə üçün əfv olunmağımı xahiş etməliyəm?Bəyəm bir cinayətim olub?” O, bağışlanma xahişi etmədi.  Müharibə başlayandan az sonra, 1941-ci il avqust ayının 20-də güllələndi.  Stalin qaynının əfv ərizəsi yazmadığını eşidərkən istehza ilə belə deyib: “Bir buna bax, gör necə qürurludur, ölümü xahişdən üstün bilib”.
İntihara səbəb kimi bir gün əvvəl -1932-ci il noyabrın 7-də Voroşilovun mənzilində ziyafət zamanı ər-arvad arasındakı kiçik mübahisə də qeyd olunur. Bütün partiya rəhbərliyi Kliment Varaşılovun evinə toplaşıb inqilabın onbeş illiyini qeyd edirdi. Məclisdə Nadejdadan başqa hamı içirdi. Stalin guya zarafat edirmiş kimi narıngi qabığını arvadının üstünə ataraq qışqıb: “Ey, sən də iç”. Qadın əsəbiləşib ona sərt cavab vermişdi: “Mən səninçün nə “ey”əm, nə də “sən”…
Deyilənə görə, Nadejda Alliluyeva mübahisədən sonra ziyafəti əsəbi halda tərk edərək evə qayıdıb, Stalin isə bağa gedib. Gecə Nadejda bir neçə dəfə Stalinə zəng vursa da, o, bu zənglərə məhəl qoymayıb. Stalin səhərisi gün də evə gəlib çıxmadı. O, sonralar nəzarətçilərin dediyi kimi, sevdiyi xanımın yanına gedibmiş.
Zəruri qeyd. Həmin xanım məşhur opera müğənnisi Vara Davıdova olub. Onun əsl soyadı Mçedlidze idi.
Təbiəti etibarilə  çox ailəcanlı və qısqanc Nadya ərinin müğənniyə sevgisindən xəbərdar idi. Noyabrın səkkizindən doqquzuna keçən gün gecə saatlarında Alliluyeva vaxtilə ona hədiyyə olunmuş silahı -“Valter”  tapançasını əlinə götürüb alnına dirədi. İntihar etdi.
Səhərisi günsə bayram konserti olacaqdı.
Nadejda Alliluyevanın xaç atası görkəmli partiya və dövlət xadimi Avel Safranoviç  Yenukidze  olmuşdu. Stalin arvadı dəfn olunan gün Yenukidzeni çağırıb dedi: “Onu sən xtistian etmisən, get indi özün dəfn elə”.
Zəruri qeyd. Yenukidze 1937-ci ildə “xalq düşməni” kimi güllələndi.
Nadejda Alliluyevanın intiharı və ya öldürülməsi ilə bağlı hələ Stalinin öz sağlığında çoxlu fikir və şayiələr yayılmışdı.
Rəsmi “Pravda” qəzetində Stalinə verilən başsağlığında Alliluyevanın kor bağırsaqdan əməliyyat olunarkən vəfat etdiyi göstərilirdi.
Müəmmalı olümlə bağlı digər versiyalar da mövcuddur. Hətta, deyilir ki, Nadejda Alliluyevanı elə Stalinin yanında Budyonnı güllələyib.
Bəziləri Alliluyevanın özünü öldürməsinin səbəbini ərinin törətdiyi repressiyaların doğurduğu dəhşətlərlə bağlayırlar.
Nadejdanın, hətta, Stalinin birinci nikahdan doğulmuş oğlu Yakovla yaxın əlaqəsinin olduğunu və buna görə hiddətlənən Stalinin özü tərəfindən güllələndiyini deyənlər də var.
Nadejdanın yaxın rəfiqəsi və Stalinin qaynı  arvadı, bayaq haqqında söhbət açdığımız Mariya Svanidze öz gündəliyində yazırdı ki, bu hadisədən- arvadının özünü öldürməsindən Stalin hədsiz dərəcədə sarsılmışdı. Həmin xanım onu da yazır ki, Nadejda son vaxtlar erkən klimaks və kəskin başağrılarından əziyyət çəkirdi.
Stalinin qızı Svetlananın yazdığına görə bu intihara səbəb onun anasının psixoloji halı-səhhəti ilə bağlı olub.
Məmin məclisdə iştirak edən Molotov öz gündəliyində bu intiharı qısqanclıqla bağlayır və yazırdı:”Onun damarından qaraçı qanı axır”.
Stalinin arvadının dəfni noyabrın onbirində baş tutdu. O, Novodeviçye qəbristanlığında torpağa tapşırıldı.
Stalinin bioqrafiyasının tədqiqatçısı Dmitri Volkaqonov yazır ki,  Nadejda ərinə ölümqabağı məktub yazıbmış. Sonralar bu məktub yoxa çıxdı.
Stalin arvadının atəş açdığı tapançanı əlinə alaraq demişdi: “Bu ki, oyuncaq bir tapançadır… Hər halda mən pis ər olmuşam, onu kinoya aparmağa vaxt ayırmamışam”.
Bir çoxları “ellər atasının” dəfndə iştirak etmədiyini yazsalar da, bu yanlış informasiya sayıla bilər; çünki Baş katibib cangüdəni yazır ki,  Stalin öz arvadının dəfndə sonacan iştirak etmişdi.
Bir müddət sonra Nadejda Alliluyevanın məzarının üstündə ağ mərmərdən heykəl qoyuldu. Orada bu sözlər yazılmışdı : “Nadejda Sergeyevna Alliluyeva-Stalina / 1901—1932 / ÜK(b)P –nin üzvü. İ.V. Stalindən xatirə”.
Arvadını ölümündən sonra Stalin Nadejda Sergeyevnanın qardaşı Pavelgilə tez-tez baş çəkməyə başladı. Çoxları bunu dahi rəhbərin öz qohumlarına diqqəti kimi qəbul edirdi. Amma əslində bu get-gəlin səbəbi ayrı şey idi: Stalin öz qaynı arvadı Yevgeniya Alliluyevaya vurulmuşdu. Əlbəttə, açıqfikirlı, düzünəqulu Yevgeniya Stalinin bu arzusuna “yox” cavabı vermiş, onu az qala evdən qovmuşdu. Bu imtinanın bədəli faciəvi sonluqla ödənildi. Yevgeniya Alliluyeva və qızı Kira “xalq düşməni” kimi həbs edildi,  əri Pavel Alliluyev  isə zəhərlənib öldürüldü.
“Ellər atasının” ailə dramı haqda kifayət qədər kitablar yazılmış, filmlər çəkilmişdir.
Firuz Mustafa, nasir, dramaturq, esseist, filosof
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930