Sərkisyan Ter-Petrosyanla məsləhətləşmələrini davam etdirir
«Qəzetdə olan məlumata görə, Serj Sərkisyanla Levon Ter-Petrosyanın görüşləri mütəmadi xarakter alıb. Məlum olduğu kimi, dörd günlük müharibədən sonra Serj Sərkisyan aprelin 4-də Levon Ter-Petrosyanı ziyarət edib, təxminən 1 saat ərzində onlar Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət barədə söhbət ediblər». Virtualaz.org xəbər verir ki, bunu Ermənistanın «Joxovurd» qəzeti yazıb.
Ermənistan nəşrinin məlumatına əsasən, həmin görüşdən sonra Sərkisyanla Ter-Opetrosyan daha tez-tez ünsiyyətdə olmağa başlayıblar.
«Şayiələrə görə, Serj Sərkisyan Qarabağ münaqişəsi zonasında hadisələrin inkişafını müzakirə etmək üçün tez-tez Ter-Petrosyana zəng edir», – qəzet belə yazır.