Rus jurnalistdən son Qarabağ savaşına dəqiq şərh-Video
Hərbi əməliyyatlar Rusiya mediasında əks olunduğu kimi Dağlıq Qarabağda getməyib. Düzdür, ola bilər ki, ora raket düşüb, lakin əsas əməliyyatlar işğal olunmuş rayonlarda aparılıb.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Maksim Şevçenko “Exo Moskva” radiosuna müsahibəsində deyib.
“Dağlıq Qarabağda gərginliyin artması barədə nə düşünürsünüz”, – sualına Şevçenko belə cavab verib: “Mən Dağlıq Qarabağ xaricindəki Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan 7 rayonu xatırlatmaq istəyirəm. Bu, artıq Dağlıq Qarabağ məsələsi deyil. Ermənilər bu bölgəni Dağlıq Qarabağın təhlükəsizlik zonası hesab edirlər. Bəzi hallarda hərbi təhlükəsizlik strategiyası baxımından razılaşmaq mümkündür. Lakin bu, artıq Dağlıq Qarabağ məsələsi deyil. Çünki ermənilər oradan azərbaycanlıları qovublar. Hərbi əməliyyatlar Rusiya mediasında əks olunduğu kimi Dağlıq Qarabağda getməyib. Düzdür, ola bilər ki, ora raket düşüb, lakin əsas əməliyyatlar işğal olunmuş rayonlarda aparılıb”.