Dünya Bankı Qarabağa gedən yolu maliyyələşdirəcək – QALMAQAL
Ermənistanı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə birləşdirəcək ikinci yol – Vardenis-Sork-Kəlbəcər yolu bu ilin sonundan etibarən təmir olunacaq.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə “Ermənistan Avtomobil Yolları Direktoratlığı” dövlət təşkilatının baş direktoru Aşor Arşakyan məlumat verib.
Onun sözlərinə görə 14 ildir ki, təmir edilməyən Vardenis-Sotk-Kəlbəcər yolunun 5,5 kilometrlik hissəsi bu il təmir ediləcək.
Maraqlıdır ki, Arşakyanın sözlərinə görə yolun salınması üçün lazım olan məbləği Dünya Bankı ayıracaq.