Daha iki erməni əsgərinin cəsədi tapıldı
Ermənistan hərbi birləşmələrinin daha iki hərbiçisinin ölüm xəbəri yayılıb.
Publika.az xəbər verir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağın Xocavənd rayonu istiqamətində əsgər Manvel Qriqoryan, həmçinin Ağdərə rayonu istiqamətində əsgər Hamlet Xocatanın cəsədi tapılıb.
Ermənistan Müdafiə Nazirliyi ölən əsgərlərin Azərbaycan tərəfinin açdığı atəş nəticəsində öldüyünü açıqlasa da, erməni mediası ölənlərin “dördgünlük müharibə” zamanı həlak olduqlarını yazıb. Onların cəsədlərinin indi ortaya çıxarılması isə Ermənistanın itkilərinin sayını gizlətmək məqsədi daşıyır.