“Cəbhədə ölmək ancaq kasıb ermənilərin alnına yazılır” – Tatul Hakopyan
“Hazırda Ermənistanda kasıbların balası əsgərliyə gedir, varlıların balası isə hər cür vəchlə ordudan yayınır”.
Hafta.az-ın verdiyi xəbərə görə, bunu erməni jurnalist Tatul Hakobyan jnews.am saytına müsahibəsində deyib. Erməni jurnalist həmçinin deyib ki, zəngin ailələrin övladları arasında ümumiyyətlə, cəbhəyə getmək anlayışı yoxdur:
“Onu da deyim ki, onlar hərbi xidmətə yollansalar belə, nəinki səngərin, heç özlərinin də təhlükəsizliklərinə cavabdeh olmaq iqtidarında deyillər. Müharibə, əsgərlikdə bu və ya digər hallarda ölüm niyə yalnız kasıb balalarının alnına yazılmalıdır? Bu vətən hamınındır. Şarmazanov, Armen Aşotyan, Karen Avagyan kimi ordunun üzdə görünən bir siması var: Kamuflyaj geyinib selfi çəkdirmək, insanlara, balaları cəbhədə ölən kasıb erməni qadınlarına vətənpərvər olduqlarını sübut etmək. Ermənistanı kasıb balaları qoruyur, zənginlərin övladları isə kef çəkirlər”.
Erməni jurnalist Qarabağ cəbhəsindəki 4 günlük döyüşlərdən də bəhs edib:
“4 günlük müharibə Azərbaycan üçün uğurdur, qələbə deyil. Amma Ermənistan ordusu üçün məğlubiyyətdir. Çünki faciə yaşanıb, xeyli sayda yaralı və ölənlər var. Müharibə bədbəxt bir həqiqətdir”.