Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağla bağlı təmas qrupu Azərbaycana nə verəcək ?

İslam Əməkdaşlığı Təşkilatının İstanbulda keçirilən son iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  təmas qrupu yaradılması haqqında qərar qəbul edilib.  ANS PRESS-in məlumatına görə, iclasda çıxış edən prezident İlham Əliyev  bu qərara görə sammit iştirakçılarına təşəkkürünü bildirib.

“Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilib”,-deyən prezident əlavə edib ki,  münaqişə ilə bağlı İƏT  xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılır.

Prezident İlham Əliyev İƏT -nın iclasında

Prezident İlham Əliyev İƏT -nın iclasında

Yeni yaradılan təmas qrupundan əvvəl Dağlıq Qarabağ münaqişəsinin həllini hədəfələyən minlərlə görüş və müzakirələr keçirilib. Hətta  1992-ci ildə ATƏT-in Minsk qrupu  Dağlıq Qarabağ münaqişəsinin  danışıqlar yolu ilə həlli üçün yaradılsa da bu illər ərzində  yaradılan qruplar, qəbul edilən qətnamələr və həmçinin keçirilən görüşələr demək olar ki, heç bir nəticə verməyib.

“Təmas qrupu münaqişənin həllinə Minsk qrupu qədər təsir edə bilməz”.

Amma yeni təmas qrupunun təşkil edilməsi Azərbaycan ordusunun hərbi əməliyyatlarından sonrakı  dövrə təsadüf edir. Bəs bu  qrup münaqişənin həllinə necə təsir edə bilər?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, yeni qrup Ermənistana əlavə bir təziq vasitəsidir.  Çünki İƏT Azərbaycana ən çox dəstək verən təşkilatlardan biridir.

“Təşkilat üzvüləri  hər yığıncaqlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələr qəbul edilər. Həmçinin Azərbaycanın Ermənistana qarşı cavab tədirlərindən sonra İƏT-la yanaşı qərb ölkələrinin də diqqəti münaqişəyə cəlb edilib. Onlar açıq formada Ermənistan ordusunun Qarabağ ətrafında 7 rayonun boşaldılmasını dilə gətirirlər. İslam Əməkdaşlığı Təşkilatının bu prosesə qoşulması, Azərbaycanın mövqelərini diplomatik cəhətdən möhkəmləndirir”,-deyə Elxan Şahinoğlu bildirdi.

Elxan Şahinoğlu - “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Elxan Şahinoğlu – “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Ekspert bildirdi ki, qrup üzvüləri BMT və digər təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe ortaya qoya bilərlər.Məlumdur ki, münaqişənin həllini ATƏT-in Minsk qrupunun vasitəçiləri  (Rusiya, Fransa, ABŞ)  öz üzərinə götürüb. Amma hazırki məqamda onların səyləri bir nəticə verməyib.

Medvedev və Lavrovun yeni Qarabağ planı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov  bildirdi ki,  təmas qrupu münaqişənin həllinə  Minsk qrupu qədər təsir edə bilməz. “Çünki Ermənistan müsəlman dövləti deyil və həmçinin qrup Azərbaycan tərəfinə dəstək kimi yaradılır. Vasitəçilik üçün hər iki tərəflə normal əlaqələr qurulmalıdır. Məsələn, Türkiyə ATƏT-in və Minsk qrupunun üzvüdur. Amma Ermənistanla normal münasibətətləri yoxdur”,-deyə Rasim Musabəyov qeyd etdi.

Millət vəkili bildirdi ki, bu qrup İƏT-in  iclaslarından sonra da Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılmasına və beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə  keçirilən səsvermələr zamanı ölkəmizin  mövqeyinin  müdafiə edilməsinə  imkan verir.

Rasim Musabəyov- millət vəkili

Rasim Musabəyov- millət vəkili

İslam ölkələrinin münaqişənin həllinə cəlb edilməsi isə Ermənistanın mövqelərinə uyğun gəlmir. Çünki aprelin 2-dən 5-nə qədər davam edən döyüşlərdə Azərbaycan ordusunun açıq üstünlüyü hiss edildi.

Döyüşlər nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Azərbaycan ordusunun düşmədən təmizlədiyi ərazilər (qırmızı dairə ilə işarələnib)

Azərbaycan ordusunun düşmədən təmizlədiyi ərazilər (qırmızı dairə ilə işarələnib)

Belə bir vaxtda Ermənistan Rusiyanın da nəzərçarpan  dəstəyini hiss etmədi. Bu İrəvanda rəsmi Moskvaya qarşı  açıq etirazların yaranmasına səbəb oldu. Ən güclü müttəfiqini itirməkdə olan Ermənistana yeni təziq vasitəsinin yaradılması isə onun mövqelərini daha da zəiflədir. Amma bu o demək deyil ki, təmas qrupundakı dövlətlərin hər biri Azərbaycanın mövqelərini dəstəkləyəcək. Çünki təşkilatda həm Ermənistanla diplomatik əlaqələri olan İran, Misir, İordaniya, Livan kimi dövlətlər, həm də Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq edən Sudiyyə Ərəbistanı, Pakistan və Türkiyə var.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930