Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Hansı səfirlik cəbhə hadisələrində aktiv oldu? – Jurnalistlərdən maraqlı CAVABLAR

Aprelin 2-nə keçən gecədən sonra Ermənistan- Azərbaycan qoşunlarının təmas xəttində, Dağlıq Qarabağ ətrafında 22 illik fasilədən sonra yenidən gərginlik yaşandı.

Ölüm-itinlə müşayiət olunan hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal olunmuş bir neçə mühüm strateji yüksəkliyi düşməndən təmizlədi.

Bu ərəfədə Azərbaycan təkcə cəbhədə döyüşmədi, həm də informasiya müharibəsi apardı. Aparılan informasiya müharibəsində media və diaspor təşkilatları ilə yanaşı, səfirliklər də  iştirak etdi. Azərbaycanın xaricdəki diplomatik korpusları arasında aktivlik nümayiş etdirənlər də oldu, passiblik göstərənlər də…

Azərbaycan düşmənlə informasiya müharibəsi apardığı müddətdə  xaricdəki hansı səfirliklərimiz özünü daha aktiv göstərə bildi?

Modern.az saytı bununla bağlı bir neçə jurnalistin fikirlərini öyrənib.

APA İnformasiya Agentliynin əməkdaşı Mübariz Aslanov deyir ki, Fransadakı səfirimizdən başqa, heç bir digər diplomatın aktivliyini müşahidə etməyib.

“Əsasən Fransadakı səfirliyin fəaliyyətini nisbətən aktiv gördüm. Qalanlarından demək olar ki, bir aktivlik müşahidə etmədim. Əsas yük xaricdə yaşayan azərbaycanlıların üzərinə düşdü.
Yəni həmvətənlərimiz kütləvi etiraz aksiyaları və  başqa tədbirlər həyata keçirdilər. Avropa ölkələrindəki soydaşlarımızın aktivliyi fonunda səfirliklərdən cidi addımlar görmədim. Bəlkə də səssiz dəstəkləri oldu, amma hiss edilmədi”.

“Report” Agentliyinin şərhçisi Sədrəddin Soltan hesab edir ki, cəbhədə hadisələr başlayan ilk gündən səfirliklər sanki hazırlıqsız idi:

“Düzdür, hadisələr başlayan ilk gündə bütün səfirliklər sanki bu vəziyyətə hazırlıqsız kimi görünürdü. Ancaq sonradan ABŞ, Böyük Britaniya, İtaliya, Fransa və Latın Amerikası ölkələrində olan səfirliklərimiz fəallıq göstərə bildilər”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy cəbhədəki hadisələr zamanı Rusiya və Amerikadakı səfirlərimizin fəallığını müşahidə edib:

“Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Amerikadakı səfiri Elin Süleymanovun müəyyən qədər fəallığı diqqətimi çəkdi. Təəssüf ki, ayrı-ayrı detalları çıxmaq şərtilə, diplomatik korpusun savaşını görə bilmədik”.

“Turan” İnformasiya Agentliyinin əməkdaşı Tofiq Türkel bildirib ki, nisbətən Amerikadakı səfir Elin Süleymanov fərqlənib:

“Xüsusi addımına görə hansısa bir səfirliyin adını çəkmək çətindir. Amma ayrı-ayrı səfirliklərdə tədbirlər həyata keçirildi. Hadisələrə qismən ictimai-siyasi təsir baxımından fərqlənən Amerikadakı səfir Elin Süleymanov oldu. O da ki, səfirin aktivliyi yox, ölkənin özünün vacibliyi baxımından çıxış etdi. Səfir xüsusi olaraq öz fəaliyyəti ilə fərqlənmədi, dövlətin maraqları baxımından çıxış etdi”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930