Ermənistanın hərbi müttəfiqləri Yerevana toplaşır
Aprelin 15-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti-səkkizinci iclası keçiriləcək. yknews.az saytı Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iclasda iştirak etmək üçün KTMT-yə üzv ölkələrin-Rusiya, Belarus, Qazaxıstan və Tacikistanın Baş Qərargah təmsilçiləri, eləcə də qurumun baş katibi və Birləşmiş Baş Qərargahının rəisi artıq Yerevandadırlar.