Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni işğalında olan Azərbaycan rəqsləri – SİYAHI

Azərbaycanın tarixi torpaqları ilə yanaşı olaraq ermənilər mədəniyyətimizə də təcavüzü davam etdirilər. Xalq və bəstəkar mahnılarımız oğurlanılır.

Xalq rəqsimiz olan “Novruzu” rəqsini vaxtilə Armen Tiqranyan “Anuş” operasında xəyalpərvər rəqs kimi işləmişdir, biz isə bu rəqsi tamamilə unutmuşuq. İkinci oğurlanmış rəqsimiz Spendiarovun işlətdiyi “Ənzəli” rəqsidir. Ümumiyyətlə, ermənilər tərəfindən 40-dan çox musiqi nümunəmiz və rəqslərimiz mənimsənilib. Kor Tiqran, Konitas, Spendiarov, Tiqranyan, Xaçaturyan və cazmen Babacanyan bizim muğam və musiqimizi alt-üst ediblər.

XIX əsrdə kor Tiqran bütün muğamlarımızı nota köçürmüşdür, indi onların “Rast”ı, “Şur”u ümumiyyətlə bütün muğamları var. Belə ki, A.Spendiarov “Heydər”i muğamının ritmik hissəsini, həmçinin Hicaz muğamının girişini “Erivan etüdləri” əsərində simfonik orkestr üçün işləmişdir. İndi isə ardıcıl olaraq oğurlanan mahnılarımızın bəzilərinə nəzər salaq:

1. “Köçəri” – Bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən deməkdir. Bu amil rəqsin də gedişində özünü göstərir Belə ki, rəqs edənlər bir-birlərinin kəmərlərindən tutaraq, dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban və nağara çalınır. 2/4 ritmində oynanılan bir rəqsidir. 1940-cı ildə erməni bəstəkarı Aram Xaçatryan konsert verərkən Azərbaycanın “Köçəri” rəqsindən istifadə edib. “Köçəri” rəqsi yallının bir hissədir və Azərbaycan rəqsidir. Bunun heç cür erməni rəqsinə bir aidiyyatı yoxdur. Bu, qədim xalq rəqsi olub, Azərbaycanın folklor nümunəsidir.

2. “Uzundərə”- olduqca cazibəli, zərif və lirik ifadəli rəqsdir. Onu təkcə Azərbaycanda deyil, Qafqazda da ən sevimli rəqslərdən biri hesab edirlər. Qarabağda Ağdam ilə Göytəpə arasında bir dərə var. Adına “Uzundərə” deyilir. Deyilənə görə, bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olub, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər. “Uzundərə” el arasında qadın rəqsi kimi tanınır. Bu rəqsi ifa edən zaman Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir.

3. “Şalaxo” və ya “Şələqoy” – Azərbaycanda da vaxtilə ayı oynadan qaraçılar şəhər və kəndləri dolaşaraq, “Şələküm Mələküm” deyə-deyə ayıları oynadırdılar. Azərbaycan rəqs musiqisi biliciləri bu rəqsi “Şələqoy” adı ilə təqdim edirlər. Meşədən bir şələ odun gətirən şəxsə müraciətlə “şələni qoy, rəqs edək”, – deməklə “Şalaxo” yox, “Şələqoy” adını rəsmiləşdirmişlər. Böyük Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin “Marallarım” əsərində bu rəqs “Şələküm Mələküm” adlanır.

4. “Halay” – “Yallı” (Halay), türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Kökləri eramızdan əvvəlki dövrlərə gedən bir oyundur. Həyatın enerjisini, dövrünü, həmrəyliyi, hərəkəti, dayanıb davam etməyi və ritmi ehtiva edər. Al Hal-sözcüyünün odla, yəni həyati enerjiylə bağlı olması bu oyuna verilən əhəmiyyəti göstərir. Primitiv formasının adı Allı olaraq tarixi mənbələrdə yazılır. Qobustan qayalarına çəkilən köhnə zamanlara aid şəkillərdə bu oyunun təsvir edildiyi görülməkdədir. Yallı rəqsi oxuma və əlçalma ilə də müşayiət oluna bilər. Bu rəqs əvvəllər aydınca əmək xarakteri daşıyardı. “Yallı” böyük bir dəstənin birgə iştirakı ilə ifa olunur. Dəstənin başında əlindəki yaylığı (dəsmalı) yellədərək qabaqda gedən “yallıbaşı” durur. Başqa iştirakçılar isə qollarını açaraq bir – birilərinin çeçələ barmağından tutur, ya da əllərini bir – birilərinin çiyninə qoyurlar. Yallı gedərkən çox vaxt yallıbaşı kamanı bir əlində tutub silkələyərək həm səsləndirir, həm də rəqsin ölçüsünü oynaya – oynaya qeyd edir. Bu rəqs üç hissədən ibarətdir: rəqs əvvəlcə təntənəli və aram addımlarla başlanır, getdikcə sürəti artmağa başlayır və texniki cəhətdən mürəkkəb tullanma hərəkətlərlə davam etdirildikdən sonra, əvvəlki təntənəli və aram yürüşlə tamamlanır.

5. “İnnabı” – Azərbaycanın məşhur qədim qadın rəqslərindən biri. Ermənilər tərəfindən “Unabi” kimi qələmə verilir. “İnnabı” bir rəqs forması kimi varlı və zadəgan qadınların evində meydana gəlmişdir. Bu rəqsin əşyaları kəlağayı, alına taxılan qızıl pullar, habelə kəhrəba, mirvari və qızıl boyunbağları sayılır.
Rəqsin ölçüsü 6/8 (3/4) nisbətindədir; hərəkətləri aram və süzgün, tempi isə ortadır. Qadın-qız yığıncaqlarında, toylarda, şənliklərində oynanardı. Bir və bəzən iki qız tərəfindən ifa edilir. Məzmunca çox sadədir. Burada ifaçılar qadınların naz-qəmzəsini göstərməyə çalışırlar. Rəqsi qızlardan biri başlayır. Sonra ikinci qız guya könülsüz olaraq ona qoşulur və daim nazlanaraq kənara çəkilmək istəyir, ancaq rəfiqələr razılığa gəlib şən, coşğun hərəkətlərlə rəqsi davam etdirirlər.”Innabı”nı ifa edərkən ağ rəqs paltarı heç də yerinə düşmür.

Ona görə keçən əsrin 30-50-ci illərində rəqqasələr zər-xaranı imitasiya eləyən paltarlar geyinirdilər. Hətta Əminə Dilbazi xatırlayır ki, o, adi sovet üç qəpiklərini parıldadıb sinəsinə, alnına taxırdı və qızıl pul illüziyası, qədimilik illüziyası, boyunbağı, cütqabağı illüziyası yaradırdı.

6.” Ceyranı” (Ceyran balası) — qədim Azərbaycan milli rəqslərindən biridir. Şuşada yaranıb. İncə, xoşagələn lirik rəqsdir. Burada ceyranın qəddi-qaməti və hərəkətlərinin mülayimliyi qabarıq göstərilir. Rəqs orta tempdə gedir, əsasən qadınlar tərəfindən ifa olunur. Lakin bəzi rayonlarda, məsələn, Şəkidə onu kişilər də oynayır. Bu rəqs indi də məşhurdur.

7. “Tərəkəmə” – Azərbaycan xalq oyun havası. Adından da məlum olduğu kimi, tərəkəmə azəri köçəri maldarlarının bayram şənliklərində, toy – büsatında ifa etdikləri rəqsləri müşayiət edən diringilərdən biridir; segah muğamı kökündə olan oyun havasıdır.

8. Cəngi- qəhrəmanlıq və cəngavərlik ruhunu ifadə edən gümrah və şən musiqi əsəri. Cəngi pəhləvanlar yarışında da (pəhləvani), cıdır düzündə də çalınır. Bir qayda olaraq, zurnaçılar dəstəsi tərəfindən ifa olunur. Ölçüsü 2/4 nisbətindədir. Bəzi mütəxəssislər “Cəngi” sözünün “zəngi”dən törəməsini deyirlər. Zəngi qədim Oğuz türk tayfaları olub: “Zəngilan”, “Zəngibasar” toponimləri bu tayfalarla bağlıdır.

Biz bu adların siyahısını çox uzada bilərik. Ermənistan BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış bir qurumu olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı üzvü olduğundan, bütün ölkələr əqli mülkiyyətin qorunması ilə bağlı prinsiplərə əməl etməyə borcludur. Məsələ ondadır ki, Ermənistan buna əməl etmir.
Digər məsələlərdə olduğu kimi, əqli mülkiyyət sahəsində də beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Burda bir səbəb var. ÜƏMT–nin “Folklor nümunələrinin qeyri-qanuni istifadəsinə və digər zərərli hərəkətlərə qarşı” beynəlxalq Konvensiyanın hələlik qəbul edilməməsi, lakin yaxınlarda qəbul ediləcəyi erməni saxtakarlarını tələsməyə məcbur edir. Buna görə də Azərbaycan tərəfi mübarizədə məğlub olmalı deyil.

Aynur Tağıyeva, 
AMEA-nın əməkdaşı

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930