Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Braziliyada Azərbaycan kinosu həftəsi

Braziliya paytaxtında Heydər Əliyev Fondunun və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, ölkəmizin Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə portuqal dilinə tərcümə olunmuş Azərbaycan sənədli və bədii filmlərindən ibarət kino həftəsi keçirilib.

Səfirlikdən bildiriblər ki, Brazilia şəhərində ölkə Milli Bankının Mədəniyyət mərkəzində aprelin 6-dan 11-dək davam edən kino həftəsi çərçivəsində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi, “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmləri nümayiş etdirilib.
Mədəniyyət mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilib.
Aprelin 7-də həmin sənədli filmin təqdimatı keçirilib.
Tədbirin əvvəlində səfir Elnur Sultanov çıxış edərək sənədli filmin faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunduğunu deyib. Bildirib ki, filmin çəkilməsində məqsəd Azərbaycan xalqının bu Qələbədə rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək, tarixi həqiqəti indiki və gələcək nəsillərə çatdırmaqdır. Çəkilişləri 14 ay davam edən sənədli filmin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxsaylı sənədlər araşdırılıb və filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılıb.
Filmin aktual xarakter daşıdığını bildirən səfir dünyanın müxtəlif yerlərində zorakılığın, qaçqın böhranı və digər neqativ halların davam etdiyini söyləyərək ölkəmizin 20 faiz torpaqlarının Ermənistan tərəfindən 20 ildən artıqdır işğal olduğunu qonaqların diqqətinə çatdırıb.
Yerli ictimaiyyətin və Braziliyada akkreditə olunan diplomatik korpus nümayəndələrinin izlədiyi film böyük maraqla qarşılanıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930