Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycan xalqı şəhid verdi, amma ağlamadı, qürürlandı…

Aprelin 1-dən 2-nə keçən gecə cəbhədə, Qarabağ ətrafında başlanmış hərbi gərginlik Azərbaycan insanında neçə illərdən sonra böyük ruh yüksəkliyi yaratdı.

Düşmənlə şiddətli atışmalarda Azərbaycan ordusu şəhidlər versə də, cəmiyyətdə ruh düşkünlüyü yox, əksinə qürur duymaq, fəxr etmək və düşmədən intiqam almaq hissləri baş qaldırdı.

Bu, özünü daha çox şəhidlərin dəfnində müşahidə olunan izdihamlarda, sosial şəbəkələrdə biruzə verdi.

Maraqlıdır, bu tendensiyalar nədən qaynaqlandı?

Məsələ ilə bağlı Modern.az saytına danışan vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Azərin deyib ki, cəbhədəki son hadisələr Azərbaycan xalqını yuxudan oyatdı:

“Son günlər cəbhədə baş verən hadisələr illər boyu millət olaraq içimizdə bir-birmizi qınamağımızla müşayiət olunan stereotipləri alt-üst etdi. Ordumuz sübut etdi ki, biz yatmış aslanıq. Silahlı Qüvvələrimiz bizi sanki yuxudan oyatdı. Biz millət olaraq türkük, coğrafiyamız isə Azərbaycandır. Məsələn, mən özüm Azərin kimi coğrafiyamın adını daşıyıram. Qan olaraq bizim damarlarımızda türk qanı axır. Bizə gərək əl vurmasınlar, toxunmasınlar.
Bizə dəydilərmi, baş qaldırmağı da bacarırıq. Son hadisələr onu göstərdi ki, biz oyandıq, baş qaldırdıq”.

Azərin bildirib ki, 1994-cü ildə imzalanmış atəşkəsdən sonrakı müddətdə sanki insanlarda Qarabağla bağlı bir ümidsizlik var idi:

“Atəşkəsdən bəri uzun müddət şüuraltımızda bir ümidsizlik hökm sürürdü. Xalqımız sanki elə bilirdi, hər zaman belə də olacaq. Amma son hadisələr çox dəyişikliyə imza atdə. Artəq belə demək olar ki, Azərbaycan insanı Qarabağa qayıtmaq, torpaqlarımızı işğaldan azad etmək istəyir. Bu yolda bir daha şəhid verə biləcəyimizi də göstərdik.
Uşaqdan qocaya vuruşmağa hazır olduğumuzu nümayiş etdirdik. Cavanlar, orta nəslin nümayəndələri cəbhə bölgəsinə axışdılar. Onların ürəyində vuruşmaq, torpaqları geri almaq hissələri alışın-yanırdı. Sadəcə olaraq kənardan xarici qüvvələr bizə maneə olmasın. Bizi Ermənistanla baş-başa buraxsınlar. Kənara çəkilib dursunlar. Biz onlara günlərini göstərək”.

Xanım müğənni hesab edir ki, şəhidlərə “ölü”, “meyit” kimi sözlər demək olmaz.

Azərin şəhidlərə olan diqqət və sayğının imandan, Allah sevgisindən qaynaqlandığı qənaətindədir:

“Bəzən görürük ki, şəhidlər haqqında “öldü”, “meytd” kimi sözlər də yazırlar. Biz bu sözləri işlətməməliyik. Şəhidin ünvanı elə böyük mərtəbədir ki, ona “meyit”, “cəsəd” demək olmaz. Şəhidə ən azından “şəhidin nəşi” demək olar. Şəhidlik məqamı qazanmış insanlara çox həssas yanaşma olmalıdır. Cümələlərimizi belə seçib deməliyik. Şəhid anlamını daha yüksəkdə tutmalıyıq.

Şəhidə olan sevgi və sayğı, münasibət iman gücündən irəli gəlir. İman gücü də ondadır ki, ən azından dini bilgimiz və Allah sevgimiz olmalıdır ki, şəhidin kim olduğunu bilək. Cəbhədəki hadisələr sübut etdi ki, biz dini bilgini də almışıq və buna görə də şəhidimizə sayğı göstərə bilirik. Hadisələr göstərdi ki, bizim imanımız güclənib.
Şəhidlər öz cənnətlərini qazandılar, onlar vətən və Allah uğrunda döyüşdülər və şəhadət şərbətlərini içdilər. Şəhidlərimiz ən yüksək mərtəbəni fəth etdilər”.

“Bütünlükdə dünya gördü ki, Azərbaycan öz torpaqlarını düşməndən azad etmək iqtidarındadır. Azərbaycan ordusu çox güclüdür. Bizim yanımızda Türkiyə, Pakistan kimi dövlətlər var. Mənə Türk dünyası dövlətlərindən çoxlu məktublar gəldi. Türkiyə, Qazaxıstan, Qırğızıstandan çoxlu müraciətlər aldım, onlar bildiridilər ki, Qarabağa necə gəlib döyüşsünlər.
Bu, bir daha sübut etdi ki, bizim yanımızda dostlarmız var. Dostlarımızdan başqa Türkiyə kimi qardaşımız da var. Bizimlə çiyin-çiyinə yan-yana döyüşməyə hazırdır.
Xalq olaraq biz əzəmətimizi göstərdik. Türk olaraq hər an döyüşməyə hazır olduğumuzu nümayiş etdirdik. Buna bizim qeyrətimiz də, namusumuz da çatır. Yetər ki, Ali Baş Komandan əmr versin”-deyə müğənni vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin Hərbi-vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu isə deyib şəhidlərimizə göstərilən diqqət və qayğı xalqımızın oyanmış milli ruhundan irəli gəlir:

“Şəhidlərimizə göstərilən xüsusi diqqət xalqımızın daxilində dirçələn və oyanan milli ruhun nəticəsidir. Bu, illərlə qələbəyə susamış insanların qəlbinin harayı, səsidir. Vətən, yurd sevgisinin gücüdür. Bu, xalqın öz ordusuna olan inamının, güvəninin sübutudur”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930