“Ən böyük xəyalım Türkiyə ilə Azərbaycanın yeganə dövlət olması idi, amma…”
“Ən böyük xəyalım Türkiyə ilə Azərbaycanın yeganə dövlət olması idi”.
Bunui Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlkər Başbuğ deyib.
General bu arzusunu Atatürk Universitetində konfransda çıxış edərkən bildirib: “Mənim ən böyük xəyalım, Türkiyə ilə Azərbaycanın bir dövlət olması idi. Məgər deyilmir ki, bir millət, iki dövlət? Bir-birimizlə tərcüməçi olmadan danışırıq. Amma mümkün deyil, imkan verməzlər. Kaş ki, şərtlər uyğun gələrdi”.