Sarkisyanı gözləyən Qəddafi taleyi
“Ermənistan ordusunun birinci düşməni korrupsiyadır. Heç kim Qəddafi və Mübarəkin taleyini unutmur”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda İşəgötürənlər İttifaqının sədri Qaqik Makaryan deyib. Onun sözlərinə görə, ordudakı korrupsiyadan nazirlər milyonlar qazanırlar.
“Ermənistanın müdafiəsi təkcə hərbi yox, diplomatik və iqtisadi istiqamətdə də olmalıdır. Həyat göstərdi ki, vəziyyət kəskinləşəcəksə, Ermənistan zərbələrdən qaça bilməyəcək və məhv olacaq. Nazirlər də öz mal-mülklərini qoruya bilməyəcəklər. Necə ki, Qəddafinin 76 milyard pulu onun həyatını xilas etmədi”, – deyə o bildirib.