Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağ danışıqlarında 4 günlük müharibənin diktəsi

1994-cü ildə dondurulan Qarabağ münaqişəsi 2016-cı ilin aprelində dünyanın aparıcı media orqanları üşün əsas xəbərə çevrildi.

Aprelin 1-dən 2-nə keçən gecə Qarabağ cəbhəsinin Tərtər-Xocavənd və Füzuli-Cəbrayıl istiqamətlərində başlayan hərbi əməliyyatlar 22 ildir ki, həlli gözlənilən münaqişənin yeni – aktiv mərhələyə qədəm qoymasından xəbər verirdi.

Ermənistanın cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmasına cavab olaraq həyata keçirilən xüsusi cavab tədbirləri zamanı Azərbaycan ordusu Tərtətin staretji nöqtədə yerləşən Talış kəndinin bir neçə önəmli yüksəkliyini işğaldan azad etdi.

Bu yüksəkliklərin azad olunması Naftalan şəhərinin və Goranboy rayonunun kəndlərinin düşmənin ehtimal hücumlarından qorunması ilə yanaşı, çox önəmli strateji nailiyyət deməkdir.

Bu nailiyyətin əsas üstünlüyü ondan ibarətdir ki, Talış kəndindən Kür çayına qədər olan məsafə 30 kilometrdir və hərbi əməliyyatların bərpa olunacağı halda düşmən tərəf hər an Kür çayına çıxış əldə edərək Azərbaycanı iki yerə ayırmaq planını gerçəkləşdirə bilərdi.

Bu mənada Talış kəndinin yüksəkliklərinin geri alınması gələcək hərbi əməliyyatlar zamanı Ordumuza böyük taktiki-strateji üstnülük verəcək.

Daha bir starteji üstünlük cəbhənin cənub istiqamətində –  Cəbrayıl rayonu ərazisində azad olunan Lələ təpə yüksəkliyidir. Bu önəmli strateji məntəqə kiçik əraziyə malik olsa da, bir neçə kilometr qarşıdakı düşmən mövqelərini müşahidə etməyə və daim təzyiq altında saxlamağa imkan verir.

Ordumuzun məhdud qüvvə ilə həyata keçirdiyi əməliyyatın ilk saatlardaca 8 erməni postunu və möhkəmləndirilmiş istehkam xətlərini yarması həm Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının yüksəldiyini, digər tərəfdən isə düşmən ordusundakı maddi-texniki təminat və ruh düşkünlüyünə bir sübut idi.

Hələ nəzərə alsaq ki, 4 günlük hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun şəxsi heyətinin və sahib olduğu hərbi texnikanın yalnız cüzi bir hissəsi düşmənə qarşı istifadə olunmuşdu, onda demək olar ki, bütün cəbhə boyu tam miqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə düşmənin qısa müddətdə müdafiə-istehkam xətlərinin darmadağın ediləcəyi heç kəsdə sual doğurmayacaq.

İşğalçı prezident Serj Sarksiyanın təcili olaraq ölkəsinin Milli Təhlükəsizlik Şurasının iclasını çağırması və Almaniyaya səfəri zamanı Rusiyanın Azərbaycana silah satmasını pisləyən bəyanatları reallığı bir daha aşkar göstərdi.

Ermənistanın silah arsenalının Azərbaycandan qat-qat geridə olması şəraitində rəsmi Yerevan Moskvaya incikliyini bildirməklə bu sahədə yeni güzəştlər əldə etməyə çalışdı. Lakin reallıq bundan ibarətdir ki, Ermənistan Rusiyanın regiondakı əsas strateji müttəfiqi olsa da, əsas iqtisadi tərəfdaşı Azərbaycandır. Ona görə təsadüfi deyil ki, Rusiya baş naziri Dmitri Medvedev və müavini Dmitri Roqozin həm Azərbhaycan, həm də Ermənistana silajh satmaqda davam edəcəklərini bəyan etdilər.

Roqozin son açıalamasında isə Ermənistanı qınayaraq onu “göz yaşı” axıtmaqdan, “burun suyu tökməkdən” əl çəkməyə çağırıb.

Bununla Moskva rəsmi Bakının da onun üçün böyük önəm kəsb edən tərəfdaş olduğunu və izolasiyada olan Ermənistana görə bu sərfəli tərəfdaşlıqdan imtina etməyəcəyini göstərdi.

Unutmaq olmaz ki, aprelin 5-də atəşkəs elan olunduqdan sonra Qarabağ cəbhəsində yeni reallıq yarandı. Bu reallıq cəbhənin iki istiqamətində mövqelərini möhkəmləndirən rəsmi Bakının qısamüddətli müharibədən sərfəli nəticə ilə çıxdığını göstərdi.

Bərpa olunacaq Qarabağ danışıqlarında divara sıxılan və hərbi potensialının məhdudluğunu anlayan Yerevan işğalçı siyasətindən əl çəkərək, danışıqlar masasında güzəştlərə getməli olacaq.

Vüqar İsmayılov

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930