Putin: “Qarabağ münaqişəsinin həlli üçün müzakirələr başlanır”
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər şeyi edəcək”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Birbaşa xətt” xüsusi proqramı çərçivəsində deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün müzakirə başlanır: “Bu, çox həssas mövzudur. Biz bu məsələdə məşhur tibb prinsipi üzrə yanaşaraq, zərər vermədən hərəkət etməliyik”.
V. Putin qeyd edib ki, Qarabağ üzrə qərarlar siyasi metodlarla və hər iki tərəfin güzəşti ilə əldə olunmalıdır.