“Putin İttifaqı”nın baş katibi Yerevana gedir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja 14-15 aprel tarixlərində Ermənistana səfərə edəcək.
Azvsion.az-ın məlumatına görə, bunu KTMT-nın mətbuat katibi Vladimir Zaynetdinov deyib.
Səfər zamanı Bordyujanın Ermənistan prezidenti Serj Sərkisyan, xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan və digər şəxslərlə görüş keçirəcəyi bildirilir.