Prezidentlər Qarabağdakı son döyüşləri müzakirə ediblər.
Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərimizin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb.
Yüksək səviyyəli görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində rolu, ölkələrimizin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmi qeyd edildi.
Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olundu. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
ANS PRESS-in məlumatına görə, yaxtada İslam Əməkdaşlığı Təşkilatının (İƏT) 13-cü zirvə toplantısında iştirak edəcək ölkə liderlərinin şərəfinə şam yeməyi verilir.
Ərdoğan isə Savarona yaxtasına digər ölkələrin prezidentləri ilə deyil, İlham Əliyevlə birlikdə gəlib.