Baş katib Ermənistanı PİSLƏDİ
Azərbaycanın ərazi bütövlüyünün pozulması yolverilməzdir.
Bunu İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammitində İƏT-in baş katibi İyad Amin Mədəni deyib.
Təşkilatın baş katibi deyib ki, İƏT Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin tərəfdarıdır.
Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.