Ter-Petrosyan Qarabağdakı separatçı rejimin rəhbəri ilə görüşəcək
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanla görüşü ilə bağlı razılıq əldə edilib. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, ancaq görüşün yeri və vaxtı hələ ki dəqiqləşdirilməyib.
Aprelin 9-da Levon Ter-Petrosyan evində prezident Serj Sərkisyanla görüşərək Dağlıq Qarabağdakı son döyüşlərlə bağlı fikir mübadiləsi aparıb. Ermənistanın ikinci prezident Robert Köçəryan isə Sərkisyanla görüşmək niyyətində olmadığını bildirib.