Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Stratfor”un analitiki: “Qarabağda rus əsgərinin yerləşdirilməsi mümkün deyil” – MÜSAHİBƏ

ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Yevgeni Çausovski Rusiya və Qərb mediasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti şərh edib.(publika)

– Qarabağda gərginliyin artmasının səbəbi nədir?
– Burada bir çox amil var. Azərbaycan mövcud status-kvonu qəbul etmir. Lakin baş verənlər daha çox geosiyasi amillərə dayanır. Hansı ki, Suriyada Rusiya-Türkiyə qarşıdurması yaşandı, həmçinin, Rusiya və Qərb arasında münasibətlər gərgindir. Bütün bunlar Qarabağda vəziyyətin kəskinləşməsinə təsir edə bilər. Kəskinləşmə əlbəttə vaxtaşırı baş verir, amma son kəskinləşmə çox ciddi idi. Lakin bu vəziyyət münaqişənin beynəlxalq arenaya daşınması və Azərbaycanın status-kvonu dəyişdirməklə bağlı mövqeyi baxımından sərfəlidir.

– Azərbaycan bu situasiyadan siyasi olaraq istifadə edə bilərmi?
– Bəli. Lakin hər şey diplomatik proseslərin gedişindən də asılıdır. Azərbaycan status-kvonu dəyişdirmək üçün danışıqlar masasına Rusiyanı, Türkiyəni və Qərbi gətirməyə çalışır.

– Bundan sonra genişmiqyaslı hərbi toqquşmalar mümkündürmü?
– Mən yaxın gələcəkdə müharibə perspektivlərini görmürəm. Digər tərəfdən, yaxın dövrdə münaqişənin həll ediləcəyini də düşünmürəm. Qarabağda idarə olunan münaqişə qalmaqda davam edir. Genişmiqyaslı müharibə Rusiyanın maraqlarına uyğun deyil. Əksinə, idarəolunan münaqişə onun maraqlarına xidmət edir.
Rusiya Qafqazda əsas oyunçu olaraq qalmaq istəyir. Moskva digər oyunçuların – Türkiyə, yaxud Birləşmiş Ştatların regionda güclənməsinə qarşıdır.

– Son günlər Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi məsələsi gündəmə gəlib. Hansı ki, Ermənistan buna qarşı olmadığını deyir. Bu mümkündürmü?
– Bu məsələ əvvəllər də müzakirə olunurdu və bu gün yenidən gündəmə gəlib. Lakin mən hesab etmirəm ki, Rusiya sülhməramlıları Qarabağa girə bilərlər. Bunu yalnız o zaman ehtimal etmək olar ki, vəziyyət daha da pis olsun. Hələlik bu haqda danışmaq tezdir.

– Atəşkəsə nəzarət mexanizminin tətbiq olunması mümkündürmü?
– Bu məsələni Azərbaycan qəbul etmir və onun öz səbəbləri var. Eyni zamanda, Rusiya da bunu qəbul etmir. Çünki Moskva hesab edir ki, bu, Qərbin münaqişədə hakim mövqeyə malik olması ilə nəticələnəcək.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930