Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağda hər an müharibə başlaya bilər…

Qarabağda baş verən 4 günlük müharibədən sonra danışıqlar prosesini davam etdirmək istəyən qüvvələr Azərbaycan və Ermənistana səfərlər etdilər.
Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan və Azərbaycana rəsmi səfərlər etdi. Səfərdən sonra isə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş qalmalıdır. Rusiya baş nazirindən əlavə ATƏT-in Minsk qrupunun həmsədrləri də bölgəyə səfərlər etdilər. ABŞ-ın həmsədrindən başqa digər faransalı və rusiyalı həmsədrlər danışıqların uzadılmasının tərəfdarı olduqlarını bildirdilər.
4 günük müharibə və Azərbaycan ordusunun uğurlu əməliyyatlarından sonra ermənilər özləri də iki cəbhəyə ayrılıb. Bir qurub erməni torpaqların geri qaytarılmalı olduqlarını bildirir.
Baş verən proseslərlə bağlı politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:
“Son hadisələrdən sonra ermənilərin rəyini nəzərə almaq mümkün olacaq. Ancaq mütləq xarakter daşımır. Əgər əvvəlki dövrlərdə ermənilərin rəyi nəzərə alınırdı, erməni siyasi rəhbərliyinin rəyi həlledici idisə, bundan sonra artıq həlledici xarakter daşımayacaq. Çünki dünyanın əksər dövlətləri, xüsusən qərb dövlətləri problemin bir an öncə həllini istəyirlər. Qərb yaxşı başa düşür ki, Rusiya bu problemdən hər an Qərbə qarşı provikasiya kimi istifadə edə bilər. Rusiya Cənubi Qafqazda xaus vəziyyəti yarada bilər, Gürcüstan və Azərbaycana qarşı müxtəlif təxribatlar törədə bilər. Bir sözlə Rusiya situasiyanı tamamilə idarə edilməz hala gətirib çıxarar. Hətta Cənubi Qafqaza zoraki halların olacağını da istisna etmirəm. Bu isə Qərbin bir çox iqtisadi layihələrini təhlükə qarşısında qoya bilər. Qərb Azərbaycan qazının qərbə ixrac olunması ilə bağlı TANAP layihəsini özünün Rusiyanın qaz diqtəsindən azad olunmasının yolu kimi düşünür. “İpək yolu” layihəsi qərbin Asiyaya çıxışı üçün çox mühüm layihələrdən biridir. Bakı-Tiblisi-Ceyhan neft kəməri Qərbin enerji layihələrinin mühüm bir hissəsidir. Qərb, xüsusən ABŞ və NATO Azərbaycan üzərindən Əfqanıstan və digər ölkələrə özünün bir sıra layihələrini, strateji maraqlarını gerçəkləşdirmək üçün nəqliyyat dəhlizi kimi istifadə edir. Rusiya çoxdandır ki, Azərbaycana özünün rəqibi kimi baxır. Rusiya hər vasitə ilə bu layihəni pozmağa çalışır.
Rusiyanın baş naziri Dmitri Medvedev Bakıya gəldi, diplomatik etiketlərə uyğun olmayan bir tərzdə münaqişənin dondurulmasından danışdı. Sözün həqiqi mənasında bu, öz torpaqlarını işğaldan azad etmək istəyən Azərbaycana meydan oxumaq kimi bir şey idi. Rusiyanın indiki davranışlarından görmək mümkündür ki, həll variantını uzatmaq istəyir. Lavrov birinci dəfə Bakıya gələndə 7 rayonun işğaldan azad olunmasından danışırdı. Onun ardınca Medvedev Bakıya gəldi və 5 rayonun geri qaytarılması barədə erməniləri dilə tutduğunu bildirdi. Eyni zamanda, Medvedev əlavə etdi ki, əgər bu məsələdə kompromis olmayacaqsa, onda münaqişənin dondurulması ən yaxşı variantdır. Açıq-aydın elə bir variant ortaya qoydular ki, Azərbaycan ordusunun erməni silahlı qüvvələrini darmadağın etməsinə baxmayaraq, biz yeni yaranmış reallıqları qəbul etmirik və siz bizim diqtə etdiyimiz şərtlər üzrə hərəkət etməlisiniz. Minsk qrupunun həmsədrlərindən fərqli fikirlər çıxdı. ABŞ-ın Minsk qrupundakı həmsədri Ceyms Uorlik bildirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Rusiyalı və fransalı həmsədrlər münaqişənin həlli ilə bağlı heç bir pozitiv fikir səsləndirmədi. Əksinə onlar ABŞ-ın Minsk qrupundakı həmsədri Ceyms Uorlikin fikrindən narazı qalaraq, Ceyms Uorlik olmadan Ermənistana səfər etdilər. Onlar Bakıya qayıtdıqdan sonra rusiyalı həmsədr İqor Popov bildirdi ki, məsələ çox mürəkkəbdir. Hələki hər hansısa irəliəyiş barədə danışmaq çox tezdir. Danışıqlar uzun sürən marafon xarakterini ala bilər. Göründüyü kimi bütün hallarda Rusiya və onun həmsədr nümayəndəsi danışıqların uzanması variantından başqa variant görmürlər.
Avropa İttifaqı, Avropa Şurası, ABŞ Dağlıq Qarabağ probleminin həll olunmasının vacibliyindən danışırlar. Belə görünür ki, Rusiya Azərbaycanın qərbyönümlü siyasətindən ciddi narahat olub. Azərbaycan ordusu erməni ordusunun burnunu ovandan sonra ruslar yenə də danışıqlar masası arxasında Ermənistanı himayə etmək, özləri də bu məsələyə müxtəlif maneələr göstərmək istəyirlər.
Vəziyyət kifayət qədər qarışıqdır. Bu qarışıqlığın əsas cəhəti ondan ibarətdir ki, müharibə təhdidindən azad olmuş ermənilər Rusiyanın himayəsinə və silah yardımına arxayın olaraq danışıqlar prosesindəki kompromis variantlardan vaz keçməyə meyilli kimi görünürlər. Danışıqları yenidən sabotaj etməyə başlayıblar. Hansısa yollarla buna qəyyumluq edən qüvvələr də var. Danışıqlar məsələsini qurub hansısa məcraya yönəltmək mümkün olmur. Həmsədrlər gileylənir ki, bizim arzumuz prezidentləri görüşdürməkdir. Ancaq buna qədər müəyyən məsələlər ekspertlər səviyyəsində hazırlanmalıdır. Bu danışıqlar prosesini təşkil etmək və bu danışıqlar prosesində müəyyən sənədləri razılaşdırmaq istiqamətində səylər demək olar ki, yox dərəcəsindədir. Hələki ümumi bəyanatlar, çağırışlar var. Bu isə nəticə, nəticəyə aparan yol demək deyil. Müharibə variantı yenə də gündəmdə qalır və müharibə variantını gündəmdən çıxarmaq üçün beynəlxalq birliyin cəhdlərinə baxmayaraq müəyyən dövlətlər bu cəhdləri poza bilir. Ona görə də, hər an Qarabağda müharibə başlaya bilər”.(moderator.az)
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930