Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağ üçün “rus tələsi”: “sülhməramlı planı”nın pərdəarxası

Qarabağda baş verən “dördgünlük müharibə”dən sonra tərəflər yenidən masa ətrafına qayıtdı. Rusiyanın təşəbbüsü ilə baş tutan atəşkəsdən sonrakı danışıqların şərtlərini də Moskvanın diktə etdiyi görünür. Rusiyanın irəli sürdüyü şərtlər prinsip etibarilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaradır.

– Dağlıq Qarabağ ətrafındakı rayonlar Laçın dəhlizi istisna olmaqla qaytarılır.
– Azərbaycanlı qaçqınlar qaytarılan rayonlara qayıdırlar.
– Dağlıq Qarabağa sülhməramlılar yerləşdirilir.
– Bundan sonra status məsələsi üzərində müzakirələr başlayır.

Bu prinsiplər 2011-ci ilin 24 iyun tarixində Rusiyanın həmin dövrdəki prezidenti Dmitri Medvedevin prezidentlərin Kazanda təşkil etdiyi görüşdə müəyyənləşdirilmişdi. Lakin sonrakı dövrdə danışıqlar yenə dalana dirəndi.

Medvedevin təklif etdiyi həll variantının reallaşmamasından sonra münaqişə ilə bağlı real danışıqlar faktiki olaraq mövcud deyildi. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Moskvada keçirilən MDB XİN rəhbərlərinin görüşündən sonra “Əgər həqiqəti demək lazımdırsa, son beş ildə danışıqlar praktiki olaraq aparılmırdı” deyə bildirdi. (http://publika.az/p/131847).

Danışıqlar prosesinin dayandırılmasında əsas faktor Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi və dialoq mühitini pozmasıdır. Eyni zamanda, “Kazan variantı” olaraq irəli sürülən prinsiplərdə rəsmi Bakının qəbul etməyəcəyi sülhməramlı faktorunun olması da İrəvana danışıqlar prosesini uzatmaq imkanları yaradır.

Son beş ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı ən real təklifin “Lavrov planı” olduğunu deyə bilərik. Hansı ki, bu müddət ərzində prezidentlərin bir neçə görüşü baş tutmuşdu. Bu təmaslar həm Rusiya, həm də Qərb tərəfindən gerçəkləşdirilmişdi. Sonuncu təmas isə 2015-ci ilin dekabrında Berndə oldu. Bütün danışıqların sadəcə görüntü xarakteri daşıdığı da məlumdur. Rəsmi Bakı da bunu dəfələrlə dilə gətirib.

Ötən il Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı və İrəvana dalbadal səfərindən sonra “Lavrov planı” gündəmə gəldi. Bu, həmin vaxt rəsmi təsdiqini tapmasa da Rusiyanın münaqişəyə dair planlarının olduğu haqda informasiyalar yayılırdı. Xüsusilə Rusiya mediası planın detallarını açmışdı. 2016-cı ilin 26 yanvar tarixində Moskvada brifinq keçirən S.Lavrov “Rusiya 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqda hansısa yeni sənədin qəbulu ilə bağlı təşəbbüs irəli sürməyib. Heç bir “Lavrovun sənədi”ndən söhbət belə gedə bilməz, ümumiyyətlə, belə bir şey mövcud olmayıb” deyə yazılanları təkzib etdi.

Qarabağda “dördgünlük müharibə”dən sonra isə “Lavrov planı”nını gerçək olduğu bəlli oldu. Hətta Azərbaycan Prezidenti İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasında Sergey Lavrovun konstruktiv təkliflərlə çıxış etdiyini, Ermənistanın isə təxribatçı addımlarla prosesi pozduğunu aydın şəkildə ifadə etdi.

E. Məmmədyarov da Rusiya KİV-inə açıqlamasında “Sergey Lavrov ötən ilin yayında əsasən Madrid prinsiplərinə istinadən öz təkliflərini irəli sürdü” deyə bildirib.

“Kazan variantı” ilə “Lavrov planı”nın oxşar və fərqli cəhətləri

Hər iki variantın oxşar tərəfi bölgəyə sülhməramlıların yerləşdirilməsi, fərqli tərəfi isə Qarabağ ətrafındakı yeddi rayonun qaytarılmasıdır. Belə ki, “Kazan variantı”nda Laçın dəhlizi istisna olmaqla ətraf rayonlar qaytarılırsa, “Lavrov planı”nda isə yeddi rayondan yalnız 5 qaytarılır. Laçın və Kəlbəcər rayonu isə sonrakı mərhələdə azad olunur. İddialara görə, “Lavrov planı”nda iki rayonun taleyi 2 mühüm amilə görə gecikdirilir.

1. Rəsmi Bakı sülhməramlıların yerləşdirilməsinə razı olur.
2. Beş rayon qaytarıldıqdan sonra Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olur. Bundan sonra iki rayon qaytarılır.

İkinci amil daha çox iddialardan ibarətdir. Lakin “dördgünlük müharibədən” sonra danışıqların sıxlığı ümidlər yaratsa da, hazırda müşahidə olunan səngimələr bu iddia haqda da ehtimalları gücləndirilir.

Rusiyanın “Madrid prinsipi”nə istinadı

Münaqişə yaranandan bu günə qədər Moskva bu məsələdə təşəbbüsü heç kimə verməyib. Bunun Rusiyanın regional maraqları baxımından özünəməxsus səbəbləri var. Burada diqqət çəkən Moskvanın irəli sürdüyü təşəbbüslərdə “Madrid prinsipi”nə istinadıdır.

2007-ci ilin noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyanın İspaniyanın paytaxtı Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə “Madrid prinsipi” adını almış həll variantı qəbul olunub.

Bu prinsiplərə görə, Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır, daha sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın statusu müəyyən olunur. Bu həll variantında sülhməramlıların Qarabağa yerləşdirilməsi kimi heç bir fikir yoxdur. Digər tərəfdən, “Madrid prinsipi”nin alt-bazası hesab olunan nə “Paket həll”, nə “Ümumi dövlət”, nə də “Mərhələli həll” variantlarının heç birində sülhməramlı məsələsi yer almayıb. Əslində 1994-cü ildə Azərbaycan tərəfinin nümayəndəsi kimi Bişkekdə atəşkəsin imzalanmasında iştirak edən Afiyəddin Cəlilovun protokola imza atmadan Bakıya dönməsinin səbəblərindən biri də məhz sülhməramlıların bölgəyə yerləşdirilməsi şərti idi. Daha sonra Heydər Əliyev A. Cəlilovun ardınca Bakıya gələn Minsk qrupunun rusiyalı həmsədri Kazimirovun üstünə məhz bu şərtlərə görə qışqırmışdı. Həmin vaxt rəsmi Bakı qondarma “DQR”-in danışıqlarda tərəf kimi göstərilməsi ilə yanaşı, sülhməramlı məsələsinin də qarşısını almağı bacardı. Lakin görünür, bu məsələ hələ də Rusiya tərəfindən gündəmə gətirilir.

“Sülhməramlı” faktorunun gündəmə gətirilməsi

1994-cü ildə Heydər Əliyevin qəbul etmədiyi sülhməramlı məsələsi bir də 14 il sonra – 2008-ci il noyabrın 2-də Rusiya tərəfindən yenidən gündəmə gətirilir. Həmin tarixdə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı Moskva bəyannaməsində tərəflərə elə ilk bənddə tövsiyə olunur: təhlükəsizliyə və beynəlxalq sülhməramlıların yerləşdirilməsinə zəmanət verilməsi.

Bu gün gündəmə gələn “Kazan variantı” və “Lavrov planı”nda da eyni məsələ əsas kimi irəli sürülür. Hətta rus politoloqları israrla “Madrid prinsipi”ndə də sülhməramlıların yerləşdirilməsi faktorunun olduğunu deyirlər. Lakin bütün sənədlər ortadadır və rəsmi Bakı indiyə qədər “sülhməramlılar” ifadəsinin olduğu varianta razı olmayıb. Əslində 2011-ci ildə Medvedyev formulu adını alan “Kazan variantı”nın, eləcə də 2015-ci ildə “Lavrov planı” adını alan təkliflərin gerçəkləşməməsinin əsas səbəblərindən biri də budur.

Azərbaycanın ərazi bütövlüyünün bərpası, yoxsa tələ

20 ildən sonra ən azı 5 rayonun qaytarılması və münaqişədə ciddi irəliləyişə səbəb olacaq “Rusiya təklifləri”nin Bakı tərəfindən qəbul olunmaması ilk olaraq suallar yarada bilər? Lakin söhbət Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağdan birdəfəlik əl çəkməsi perspektivindən gedir.

–  Sülhməramlıların yerləşdirilməsi (bu hətta BMT sülh missiyası olsa belə) Ermənistana Qarabağda işğalçı siyasətini davam etdirmək imkanı yaradacaq.

–  Müharibə ilə işğal olunan torpaqların geri qaytarılması üçün hərbi variant məhdudlaşdırılacaq.  Bu, Azərbaycanın Dağlıq Qarabağın itirilməsi ilə birbaşa razılaşması deməkdir.  Sülhməramlı məsələsində Rusiyanın israr etməsi isə xüsusi diqqət çəkir. Hesab etmək olar ki, Moskva regiona təsir imkanlarını genişləndirmək üçün münaqişənin uzun müddətli qalmasında maraqlıdır. Bunun üçün öz qoşunlarını sülhməramlı adı altında Qarabağa yerləşdirmək istəyir. Azərbaycan faktiki olaraq torpaqlarını azad etmək üçün Ermənistanla yox, Rusiya ilə üz-üzə qalır.

İki presedent bu variantın nə qədər təhlükəli olduğunu sübut edir.

1. Rusiya əsgərləri sülhməramlı adı altında Moldovanın Dnestryanı bölgəsində yerləşdirilib və bu gün rəsmi Kişinyov ərazi bütövlüyünün bərpa etmək üçün bölgədəki separatçılarla deyil, Rusiya ilə üz-üzə qalıb. Bu faktiki olaraq Dnestryanı münaqişənin Moldovanın ərazi bütövlüyü çərçivəsində həll olunmamasının başlıca səbəbidir.

2. Abxaziya və Cənubi Osetiyada da analoji vəziyyət hökm sürür. 2008-ci il müharibəsindən sonra Gürcüstandan qopardılan bu bölgələrdə rus əsgərləri sülhməramlı adı altında yerləşdirilib və bu, avtomatik olaraq rəsmi Tiflisi Moskva ilə üz-üzə gətirib.

Maraqlıdır ki, beynəlxalq ictimaiyyət qəbul etməsə də, hər iki presedentdə Rusiya öz əsgərlərinin həmin bölgələrdə sülh yaratmaq missiyasına xidmət etdiyini əsas gətirir. Qeyd edək ki, sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün beynəlxalq mandat almaq lazımdır. Bu mandatı da BMT, yaxud Avropa İttifaqı kimi qurumlar verə bilər. Lakin faktiki olaraq Rusiya iki bölgədə – Dnestryanı və Cənubi Osetiya-Abxaziyada beynəlxalq mandat almadan öz qoşunlarını saxlayır.

Ən azı bu iki presedent Qarabağ münaqişəsinin həllində sülhməramlı faktorun inkar edilməsinə əsas yaradır. Hazırda rəsmi Bakı bu faktoru qəbul etməyərək, doğru yol seçib. Hazırki real situasiya isə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların yenidən dalana dirənməsinə aparır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930