Ermənilər Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirdi
İrəvanda Rusiya səfirliyi qarşısında mitinq keçirilib. ANS PRESS-in məlumatına görə, ermənilərin etiraz yürüşü Azadlıq meydanından başlayıb.
Mitinq Ermənistanda yerləşən Rusiya səfirliyinin binası qarşısında bəyanat səsləndirildikdən sonra başa çatıb.
Aksiya iştirakçıları Rusiyaya bəyanat ünvanladı.
Burada etiraz aksiyasının iştirakçıları adından Rusiyaya qarşı növbəti tələblər irəli sürülüb. Ermənilər Rusiyadan bunları tələb edib:
1. “De-yure” siyasi müttəfiqinin öz vəzifələrini icra etməsi, gələcək qərarlarında Ermənistanın milli maraqlarına və təhlükəsizliyinə hörmət etmək,
2. Azərbaycana silah satışını dərhal dayandırmaq.
Sonuncu dəfə Ermənistanın paytaxtı İrəvanda bir qrup ictimai fəal Rusiya səfirliyi qarşısında martın 8-də etiraz aksiyası keçirib. Aksiyaçılar Rusiyada həbsdə saxlanan ukraynalı pilot Nadejda Savçenkonun azadlığa buraxılmasını tələb ediblər.
Nümayişçilər əllərində Ukrayna bayrağı və Rusiyada iki jurnalistin ölümündə ittiham olunan Nadejda Savçenkonun şəkillərini tutublar.
Aksiyada iştirak edən kinorejissor Tiqran Xzmalyan 8 Martın qadın hüquqlarının müdafiəsi günü “şüurlu” həmvətənlərini “günahsız ittiham olunan” ukraynalı qadın pilotun hüquqlarının müdafiəsi uğrunda mübarizəyə çağırıb.