Ermənilər bu dəfəATƏT-ə gileyləndilər
Bu gün Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşüb. E.Nalbandyan aprelin əvvəlində cəbhə xəttindəki əməliyyatlar barədə səfirləri məlumatlandırıb.
Nalbandyan bu dəfə də ənənəvi erməni taktikasına sadiq qalaraq ATƏT ölkələrinin səfirlərinə Azərbaycandan gileylənib.
Bundan əvvəl isə Nalbandyan Yerevanda akkreditasiya olunmuş səfirlərlə görüşmüşdü.
Əvvəli illərdən fərqli olaraq bu dəfə Ermənistanın təxribatları nəticəsində hərbi əməliyyatların başlaması dünya mediasında açıq vurğulanmağa başlandı. Hətta ənənəvi olaraq ermənilərə rəğbəti ilə seçilən nüfuzlu media orqanları Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri söyləməkdən çəkinmədilər. Bütün bunlar Yerevanda çox böyük narahatlıq yaradıb. Ermənistan XİN-nin ard-arda səfirlər üçün artıq 3-cü brifinqi keçirməsi də bu təlaşın nəticəsidir. Erməni diplomatlar yenidən dünyanı yalanlara inandırmaq üçün dəridən-qabıqdan çıxmağa başlayıblar.