Qarabağda son döyüşlər: əsir götürülən olubmu?
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağ münaqişəsinin tərəflərində əsirlərin olması barədə məlumatı yoxdur.
Virtualaz.org bildirir ki, bunu BQXK-nın Ermənistanda əlaqə proqramları üzrə nüməyəndəliyinin rəhbəri Zara Amatuni deyib.
“Bu günə qədər biz tərəflərdən əsirlərin olması barədə rəsmi məlumat almamışıq. BQXK-nın mandatına əsasən, bizim tərəflərdə hərbi əsirin olması barədə məlumatımız olsa, onlara baş çəkmək hüququmuz var”, – o deyib.