Qarabağda öldürülən daha 6 erməni hərbçinin adı AÇIQLANDI
Dağlıq Qarabağdakı döyüşlərdə məhv edilən erməni hərbçilərindən daha 6 nəfərinin adı məlum olub. Ermənistan KİV-i bildirir ki, onlardan biri 19 yaşlı Qriqori Arutyunyandır. O, sabah Yerevanda dəfn ediləcək.
Digər erməni hərbçi Şirak vilayətindən olan 23 yaşlı leytenant Aşot Şahbazyandır. 19 yaşlı serjant Karen Nersisyan da (Kotaysk vilyatəindədndir) Qarabağdakı döyüşlərdə öldürülüb.
Dördüncü hərbçi Yerevandan olan 21 yaşlı Artur Aleksanyandır. 20 yaşlı serjant Armen Andreasyan və 19 yaşlı Tiqran Berakçyan da Qarabağda məhv edilən erməni hərbçiləri arasındadır.