Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağda 4 günlük müharibə: Obamadan niyə səs çıxmadı?

Aprelin 1-dən 2-nə keçən gecə çoxlarının unutduğu Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında tammiqyaslı müharibə fazasına keçdi. Transatlantik liderlər döyüşlərin dayandırılmasına və münaqişənin dinc yolla nizamlanması yollarını axtarmağa çağırdılar. Rusiya prezidenti Vladimir Putin isə əksinə, ölkəsinin beynəlxalq imicini möhkəmləndirmək, Azərbaycan və Ermənistanı Qərbdən qoparmaq üçün qətiyyətli addımlar atmağa başladı.

Bu fikirlər ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş həmsədri, Atlantic Counsil-in elmi əməkdaşı Metyu Brayzanın “The Washington Post” qəzetində dərc edilmiş məqaləsindən götürülüb.

Virtualaz.org xəbər verir ki, Brayza məqaləsində 2006-2009-cu illərdə Minsk Qrupunun həmsədri olarkən Rusiya ilə ABŞ arasında münaqişənin nizamlanmasına dair danışıqlarda konstruktiv əməkdaşlığın olduğunu yazır. Onun bildidiyinə görə, həmkarı Yuri Merzlyakov rəisi Sergey Lavrov kimi həmişə konstruktiv idi. Onlar mühüm görüşlərdən əvvəl toplaşıb bir neçə saat “beyin fırtınası” edirdilər. 2008-ci ilin avqustunda Gürcüstana müdaxiləyə görə Rusiya ilə ABŞ arasında münasibətlər kəskinləşsə də bu, Qarabağa dair əməkdaşlığa təsir etməmişdi.

“Ona görə də mən Vaşinqtonla Moskva arasında son günlər baş verən hadisələr zamanı Dağlıq Qarabağa dair əməkdaşlığın olmamasından heyrətə gəldim. Minsk Qrupunun ruhunda birgə, razılaşdırılmış səylər göstərmək əvəzinə Putin təkbaşına hərəkət etdi. Ola bilsin o, vitse-prezident Cozef Baydenin Vaşinqtondakı nüvə sammiti zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda görüşüb Qarabağa dair sülh prosesini canlandırmaq səylərinə zərbə vurmaq istəyirdi. Yaxud ola bilsin Putin Sərkisyan və Əliyevin nüvə sammiti çərçivəsində Obama ilə görüşlərindən hiddətlənmişdi”-Metyu Brayza yazır.

Keçmiş səfirin məqaləsində deyilir ki, istənilən halda Putin hərbi əməliyyatları dayandırmaq üçün intensiv diplomatiya həyata keçirdi, Obamanın isə hadisələrə hər hansı maraq göstərmədiyi üzə çıxdı. Hətta Ağ Ev rəsmi bəyanat da vermədi. Dövlət Departamentinin reaksiyası sönük idi, dövlət katibi Con Kerrinin indiki hadisələrin misli görünməmiş xarakterini əks etdirməyən bəyanatıa, habelə Kerri ilə Lavrov  arasında intensiv məsləhətləşmələrə istinaddan başqa heç nə deyidi.

“Putin isə əksinə, Əliyev və Sərkisyanla dəfələrlə məsləhətləşmələr apardı, Rusiyanın xarici işlər və müdafiə nazirləri İrəvan və Bakıdakı həmkarları ilə fəal təmaslar qurdular. Nəticədə aprelin 5-də Rusiya ordu qərargahında Azərbaycan və Ermənistan hərbçiləri arasında atəşkəs razılaşması əldə olundu. Bu razılaşmada Minsk Qrupunun birbaşa iştirakı təmin edilməmişdi”-Metyu Brayza xatırladır.

Keçmiş diplomatın fikrincə bu hərəkətlər sayəsində Putin iki mühüm nəticə əldə edir: birincisi, Rusiya beynəlxalq imicini möhkəmləndirir və Qarabağda müharbəni dayandırmaq gücündə olan yeganə ölkə olduğunu nümayiş etdirir. İkincisi, Azərbaycan və Ermənistan rəhbərlərində belə qənaət yaranır ki, Rusiya Cənubi Qafqazda atəşi təkbaşına dayandıran gücdür.

Brayza hesab edir ki, Putin hərbi əməliyyatları dayandırmaqla Azərbaycanın Avrasiya İttifaqına və KTMT-yə üzvlüyü üçün də təzyiqləri artırıb. Beləliklə, Putin Azərbaycan və Ermənistanı qərbdən uzaqlaşdırıb öz tərəfinə çəkməklə gələcək böhranların əsasını qoyur, Vaşinqton isə bunu müşahidə etməklə kifayətlənir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930