Daha bir şəhid dəfn olundu
Cəbhədəki döyüşlərdə şəhid olan 1996-cı il təvəllüdlü Rəşid Baxşəliyevlə izdihamlı vida mərasimi keçirilib.
Abşeron Gənclər Şəhərciyində baş tutan vida mərasimində ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Şəhid Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!