Bu gün Ümümdünya Kosmonavtika günüdür
Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 – aprel Kosmonavtika günü kimi elan olunub. Bu günün keçirilməsinə səbəb isə 55 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.
Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb.1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb.