Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Azərbaycan ordusu Cəbrayıldan Xocavəndə qədər mövqelərimizi əzib keçdi…”

Aprelin 2-nə keçən gecə başlayan hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun təmas xəttinin cənub istiqamətində necə uğurlu hücum əməliyyatı keçirdiyini düşmən hərbçiləri də etiraf edib.

Virtualaz.org xəbər verir ki, bu haqda “RİA Novosti” agentliyinin Cəbrayıl rayonunun işğal altında olan ərazilərindən, Ermənistan hərbi birləşmələrinin mövqelərindən hazırladığı reportajda deyilir.

Bildirilir ki, hazırda bu istiqamətdə nisbi sakitlik hökm sürür, ermənilər geri çəkiləndən sonra yeni mövqelərində möhkəmlənirlər və  yeni mümkün döyüşlərə hazırlaşırlar. Rusiyalı jurnalist bir vaxtlar abad şəhər olan Cəbrayıldan indi xarabalıqların qaldığını, azərbaycanlıların evlərini tərk etməsindən sonra kəndlərin xarabalığa çevrildiyini yazır. Bildirir ki, hazırda Cəbrayılın xarabalıqları arasında erməni tankları gizlənib.

Erməni tank batalyonunun “zampolit”i Artak aprelin 2-nə keçən gecə döyüşlərin necə başladığını danışıb. “Bizi çox güclü işlədilər-mən heç 90-cı illərdəki müharibədə də belə şey görməmişdim. O qədər “Qrad” və “Uraqan” raketləri uçurdu ki, mən göyün üzünə baxıb “300 spartalı” filmini xatırladım. Orada da uçan oxlardan göyün üzünü görmək olmur”-erməni zabit danışır.

Artak deyir ki, güclü artilleriya hazırlığının ardınca azərbaycanlılar hücuma keçib təmas xəttinin kifayət qədər geniş sahəsində –Cəbrayıldan tutmuş 40 kilometr şimalda yerləşən Martuniyə (Xocavənd) qədər erməni müdafiə xəttini əzib keçdi.

Reportajda deyilir ki, həmin günlərdə Azərbaycan ordusu qısa müddət ərzində hətta Xocavəndi də tutub, ancaq orada möhkəmlənə bilməyib və geri çəkilib. “Qarabağ qüvvələrinin birinci müdafiə xəttinin köməyinə tanklar-köhnə T-72 lər yetişdi. İndi vurulmuş erməni tanklarının fraqmentlərinə həm təmas xəttində, həm təmas xəttinin dərinliklərində rast gəlmək olar. Həmin döyüşdə “sağ qalan” texnika isə döyüşlərin başlaması ehtimalına qarşı təmas xəttinin yaxınlığında mövqe tutub”-RİA Novosti yazır.

“Azərbaycanlıların arsenalı müasirdir, onlar Rusiyadan, İsraildən, Türkiyədən, Belarusdan və Ukraynadan silahlar alırlar. Bax məsələn, bu tank Türkiyə-İsrail tank əleyhinə raket kompleksi ilə vurulub”-erməni zabit qülləsi qopub yüz metr kənara düşən T-72 tankını göstərir. O, deyir ki, raketi tanka pilotsuz təyyarə yönləndirib – koordinatlarını ötürüb və bundan sonra raketi buraxıblar.

“Azərbaycanlıların mövqeyi bizdən cəmi 400 metr məsafədədir. Hətta Azərbaycan bayrağını görmək olar”-Artak deyir. “Onlar səngər qazırlar, bizi görəndə qışqırırlar: “Salam, Vazgen!”. Biz də onlara əl yelləyirik. Atəşkəsdir!”-erməni “zampolit” əlavə edir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930